2 gündür işə getməyən idarə müdiri evində ölü tapıldı
Antalyanın Manavgat rayonunda xəstə olduğu üçün iki gündür işə getməyən insan resursları müdiri evində ölü halda aşkarlanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Kızılağaç məhəlləsində, Sağlıqçılar küçəsində baş verib.
Məlumata görə, qripə bənzər xəstəlik səbəbindən işə çıxmayan 50 yaşlı hotel əməkdaşı Ali Ateş telefon zənglərinə cavab vermədiyi üçün həmkarları tərəfindən yoxlanılıb. Dostları evə gəlsə də, qapının açılmaması və içəridə telefonun səslənməsinə baxmayaraq onun cavab verməməsi şübhə yaradıb və vəziyyət barədə polisə məlumat verilib.
Polis əməkdaşları qapını açdıqdan sonra Ali Ateşi evdə hərəkətsiz vəziyyətdə tapıblar. Hadisə yerinə çağırılan təcili tibbi yardım heyətinin yoxlaması nəticəsində onun vəfat etdiyi müəyyən olunub. Mərhumun ürək, təzyiq və şəkər xəstəliklərinin olduğu qeyd edilib.
Ali Ateşin cənazəsi prokuror və tibbi ekspertin hadisə yerində apardığı ilkin araşdırmalardan sonra Antalya Ədli Tibb Qurumu morguna göndərilib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 899 Tarix: 31 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabrHəyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı
Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa
21 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabrQanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabrEstetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü
Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl
11 sentyabrDƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ
Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak
19 sentyabr