Müştəri taksidən düşmədi, sürücü maşını polis şöbəsinə sürdü: Məhkəmə qərarı
Zaqatala rayonunda maraqlı hadisə baş verib.
Sonxexber.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, "Bolt" tətbiqi vasitəsilə sifariş etdiyi taksiyə minən 38 yaşlı kişi məhkəməlik olub.
Belə ki, Zaqatalanın Qazangül qəsəbəsində yaşayan, Ağdamdan keçmiş məcburi köçkün olan E.Quliyev sərxoş halda taksi sifariş edib və yaşadığı evə getmək istəyib. O, çağırışa gələn taksiyə mindikdən sonra yolda sürücü ilə mübahisə edib. Mübahisənin artdığını və sərnişinin sərxoş olduğunu görən sürücü maşını saxlayaraq ondan nəqliyyat vasitəsini tərk etməsini tələb edib. Lakin E.Quliyev maşından düşməyib. Bunu görən sürücü avtomobili birbaşa Zaqatala Rayon Polis Şöbəsinin qarşısına sürüb. Orada maşından düşməyə məcbur olan şəxs mübahisəyə davam edib, uca səslə söyüş söyərək xuliqanlıq edib.
Polis əməkdaşları həmin şəxs barəsində inzibati protokol tərtib edərək onu rayon məhkəməsinə göndəriblər.
Zaqatala Rayon Məhkəməsinin qərarı ilə sərxoş sərnişin 50 manat cərimə edilərək sərbəst buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1337 Tarix: 01 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Atatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrİş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Ağdaşda silahlı insident baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəng
21 sentyabrEstetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü
Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl
11 sentyabr