"Azərbaycan xalqına qarşı cinayət törədən hər kəs qanun qarşısında cavab verəcək" - Günay Ağamalı

"Azərbaycan xalqına qarşı cinayət törədən hər kəs qanun qarşısında cavab verəcək" - Günay Ağamalı"Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasının vətəndaşları barəsində aparılan məhkəmə prosesinin davam etməsi, 30 ilə yaxın müddətdə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi qiymət verilməsi baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Çünki, erməni lobbisi ilə sıx əlaqədə olan müxtəlif xarici dairələr xalqımıza qarşı qətliamlar və ağlasığmaz vəhşiliklər törətmiş şəxslər üzərindən ölkəmizə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edirlər. Bilinməlidir ki, Levon Mnatsakyan, David Manukyan, Arayik Harutunyan və digərləri hərbi əsir deyil. Onlar müharibə cinayətkarlarıdır və hər biri öz layiqli cəzasın almalıdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, bunlar illərdir bildiyimiz reallıqlardır və həmin şəxslərin cinayətlərini əks etdirən faktlar kifayət qədərdir:

"Lakin keçən müddət ərzində beynəlxalq hüququn heçə sayılması və ikili standartlar nəticəsində adları qeyd edilən şəxslər cəzasızlıq mühitində öz fəaliyyətini davam etdirmişdir. Təbii ki, haq- ədalət mütləq öz yerini tapır və həmin şəxslərin törətdikləri əməllərə görə bu gün hakim qarşısında cavab verməsi ilk növbədə ilhahi ədalətin təcəllisidir. Azərbaycan dövləti beynəlxalq hüquqa sadiqliyini bir daha nümayiş etdirir və hətta ən ağır cinayətlərdə ittiham olunan şəxslərə belə, ədalətli məhkəmə araşdırması üçün bütün hüquqi təminatları yaradır. Bu Azərbaycanın humanist və hüquq dövlətinin prinsiplərinə sadiqliyinin bariz göstəricisidir. Ermənistanın hərbi təcavüzü nəticəsində törədilən soyqırımı, müharibə və insanlıq əleyhinə cinayətlər unudulmayacaq. Azərbaycan xalqına qarşı cinayət törədən hər kəs qanun qarşısında cavab verəcək. Tarixi həqiqət bir daha öz təsdiqini tapacaq, günahsız insanların qanı yerdə qalmayacaq".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1228   Tarix: 03 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr