Yatmış ərinin üzərinə qızğın yağ tökərək öldürdü
Türkiyədə iki uşaq anası olan 44 yaşlı qadın, mübahisə etdiyi ərini yuxuda olarkən üzərinə qızğın yağ tökərək yandırdı.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, iddiaya görə, Zeynəb G. (44) ilə 53 yaşlı əri Sinan G. arasında mübahisə düşüb. Bir müddət sonra Sinan G. yataq otağına keçərək yatıb. Zeynəb G. isə mətbəxdə qızdırdığı yağı götürərək yuxuda olan ərinin üstünə töküb.
Ağır yanıq xəsarətləri alan Sinan G.-nin qışqırıqları evdəki uşaqları oyadıb. Hadisə barədə polis və təcili tibbi yardım əməkdaşlarına məlumat verilib. Bədəninin böyük hissəsində ciddi yanıq olan kişi xəstəxanaya aparılıb. 13 gün boyunca həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.
Hadisədən sonra polis Zeynəb G.-ni saxlayıb. O, istintaqa verdiyi ifadəsində ərinin uzun müddətdir spirtli içki içdiyini və ona şiddət tətbiq etdiyini bildirib. Qadın məhkəmə qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib. Hadisə ilə bağlı istintaq davam edir.
Hadisənin baş verdiyi küçədə işləyən və mərhum Sinan G.-nin qonşusu olan Serhat Nalbantoğlu bildirib:
"Qonşumuz idi, çox sevdiyimiz bir insan idi, Allah rəhmət eləsin. Hələ də hadisənin şokundayıq. Biz həm qonşu, həm də həmkar idik. Yeməyimizi birlikdə yeyirdik, işlərimizi bölüşürdük. Çox yaxşı, çevrəsi tərəfindən sevilən bir insan idi. Çox kədərləndik. Heç bir insan belə bir şəkildə cəzalandırıla bilməz".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1564 Tarix: 06 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabrQanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrHava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabr