Ərdoğan bu evliliyin 6 aydan sonra bitəcəyini demişdi: elə də oldu
Ustad aktyor Yalçın Dümer illər əvvəl nikahlarını kəsən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Rəcəb Tayyib Ərdoğanın "Bu evlilik 6 ay sonra bitəcək" dediyini və həqiqətən 6 ay sonra boşandıqlarını bildirib.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, Yalçın Dümer illər əvvəl prezident Rəcəb Tayyib Ərdoğanla yaşadığı təəccüblü bir xatirəni bölüşmək üçün Armağan Çağlayanın YouTube kanalında qonaq olub. Dümer deyib ki, keçmiş həyat yoldaşı Esra Balamirlə evləndikləri zaman onların nikahlarını o vaxtkı İstanbul Böyükşəhər Bələdiyyə başçısı Rəcəb Tayyib Ərdoğan kəsib.
"Xahişlə o vaxtkı İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Rəcəb Tayyib Ərdoğan nikahımız kəsmişdi. Nikah mərasimi Qalatasaray adasında idi. Nikahdan sonra məni yola salarkən dedi: "Yalçın, deyəcək sözüm var: bu evlilik altı aydan sonra bitəcək", - Dümer bildirib və əlavə edib ki, Prezident Ərdoğanın proqnozu doğru çıxıb.
"Evliliyimiz həqiqətən düz 6 aydan sonra başa çatdı. Həmin gün məni oyuna dəvət etdi və dedi: 'Sənə demədimmi?'"
Yalçın Dümerin açıqlamaları qısa müddətdə sosial mediada gündəm olub.
Yalçın Dümerin evlilikləri
Yalçın Dümerin ilk evliliyi teatr aktrisası Defne Halman ilə olub. Halmandan boşandıqdan sonra Dümer 1993-cü ildə kino aktrisası Serpil Çakmaklı ilə evlənib. Onlar 1995-ci il mayın 27-də boşanıblar və Merve (1994-cü il təvəllüdlü) adlı bir qızları var. Dümer 1998-ci ilin avqustunda müğənni Esra Balamir ilə evlənib. Qalatasaray adasında baş tutan nikahı Rəcəb Tayyib Ərdoğan kəsib. Onlar 1999-cu ildə boşanıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3001 Tarix: 10 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
11 oktyabr"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12 oktyabrBritaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?
Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer
11 oktyabrABŞ-İran danışıqları dalana dirənir: Hörmüz boğazında gərginlik artır
ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, gəmiçilik təhlükəsizliyi və İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası regiondakı gərginliyi daha da artırır
12 oktyabrMeteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12 oktyabr