Tokayev Putinlə müttəfiqlik haqqında bəyannamə imzalayacaq
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfəri zamanı Moskva və Astananın hərtərəfli strateji tərəfdaşlığa keçidi ilə bağlı bəyannamə imzalanacağını açıqlayıb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Tokayevin Rusiyaya dövlət səfəri noyabrın 11-12-nə planlaşdırılıb.
"Moskvaya səfərimin geniş gündəliyinin əsas bəndi Qazaxıstan və Rusiya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçməsi haqqında bəyannamənin imzalanması olacaq", - Tokayev qeyd edib.
O vurğulayıb ki, bəyannamə Moskva və Astana arasında görünməmiş etimad səviyyəsini, eləcə də bütün sahələrdə daha sıx əməkdaşlıq etməyə birgə hazır olduqlarını təsdiq edəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 638 Tarix: 11 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İldə 32 milyon turist: Sinqapurun iddialı layihəsinin detalları açıqlandı
Sinqapur hakimiyyəti əyləncə adası Sentosa və ona bitişik Pulau Brani adasının genişləndirilməsini nəzərdə tutan irimiqyaslı yenidənqurma layihəsini təqdim edib. RBK-ya istinadən xəbər verir ki, plana əsasən, hər iki ada "Böyük Sentosa" adlı nəhəng turizm zonasına çevriləcək. Layihəyə əsasən
5 iyulQiyamət ssenarilərinin səhv başa düşülən qalası - Svalbard
Şimal Qütb dairəsində yerləşən Svalbard Qlobal Toxum Anbarı populyar mədəniyyətdə tez-tez "qiyamət sığınacağı" kimi təqdim olunsa da, əslində onun əsas məqsədi dünya üzrə kənd təsərrüfatı biomüxtəlifliyini qorumaq və toxumların ehtiyat nüsxələrini saxlamaqdır. Qaynarinfo xəbər verir ki, buzlaqları
6 iyulYəmən husiləri İrana dəstək ifadə ediblər
Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik
5 iyulİranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanlayıb
İranın Ermənistandakı səfirliyi ABŞ Prezidenti Donald Trampa müraciət ünvanlayıb. "Report" xəbər verir ki, səfirliyin müraciəti "X" sosial şəbəkə hesabında paylaşılıb. "Siz Ayətullah Xameneiyə (Əli Xamenei) sui-qəsd etdiniz, insanları öldürmək olar, amma idealları yox"
5 iyulHindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın
5 iyul