Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu

Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu8 Noyabr – Şanlı Zəfərin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi parad Azərbaycanın müharibədə qazandığı qələbənin simvolu olmaqdan əlavə, həm də ölkənin artan beynəlxalq hərbi-diplomatik əlaqələrinin nümayişi kimi qiymətləndirilməlidir.
Paradda ənənəvi müttəfiqlər – Türkiyə və Pakistanın ali nümayəndə heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin də yüksək rütbəli hərbi rəhbərlərinin iştirakı diqqət çəkib. Tədbirdə Slovakiyanın baş nazirin müavini və müdafiə naziri Robert Kalinak, Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini Xalid bin Salman, Serbiyanın Baş Qərargah rəisi Milan Moysiloviç, Qırğızıstan və Qazaxıstanın müdafiə nazirləri, eləcə də, Özbəkistanın müdafiə nazirinin müavini yer alıb.
Bu fakt Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə balanslı təhlükəsizlik siyasəti apardığını göstərir. Regional və qlobal səviyyədə müxtəlif hərbi strukturlarla əməkdaşlığın genişlənməsi Bakının etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.
Zəfər paradı bu mənada təkcə hərbi güc nümayişi yox, həm də Azərbaycanın çoxşaxəli diplomatik kursunun bariz təzahürü idi. Parad eyni zamanda Bakının yeni güc mərkəzinə çevrildiyini də bütün dünyaya göstərdi. Azərbaycan-Türkiyə-Pakistan üçbucağı həm regionun, həm də dünyanın çox vacib hərbi güc mərkəzinə çevrilib.
Güclü ordu heç vaxt müharibə istəmir — əksinə, müharibəni olmadan önləyən ən böyük sülh amilidir. Əgər bir xalqın ordusu güclüdürsə, onun sözünə qulaq asırlar. Əgər ordusu güclüdürsə, onun torpağına göz dikməyə cürət edən olmur. Sülhü qorumağın ən etibarlı yolu məhz budur.
İlk dəfə olaraq hər üç ölkənin Silahlı Qüvvələrinin təmsilçilərinin təntənəli marşla keçidinə şahidlik etdik. "Bu gün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür". Bu fikirləri Prezident İlham Əliyev Hərbi paraddakı çıxışında bildirib. 44 günlük Vətən müharibəsi dövrünə ekskurs edən dövlətimizin başçısı onu da deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi: "Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə güc verirdi, bizi ruhlandırırdı".
Vətən müharibəsində Azərbaycana Türkiyədən sonra ikinci ən böyük siyasi dəstəyi Pakistan verdi. Ona görə də ölkənin baş naziri Məhəmməd Şahbaz Şərifin "torpaqların azadlığı uğrunda mübarizədə Pakistan Azərbaycanın yanında qaya kimi dayandı və bundan sonra da belə olacaq" deməsi qürurvericidir: "Əziz qardaşım Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında azərbaycanlı qardaşlarım tarixin çağırışına qalxdılar. Bütün dünya Azərbaycanın şanlı Silahlı Qüvvələrinin öz əzəli torpaqlarını azad etməsinin şahidi oldu".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Hərbi paraddakı çıxışda verdiyi başlıca mesaj bu idi ki, Qarabağ Zəfəri vicdanları qanadan böyük ədalətsizliyi sonlandırmaqla yanaşı, bölgədə yeni dövrün qapılarını araladı. Ən başlıcası: "Vətən müharibəsi Asiya və Avropadakı geopolitik reallıqları da dəyişdi. Biz nə kin tutarıq, nə də keçmişdəki acıların təkrar yaşanmasına icazə verərik".
Üzərindən beş il keçdikdən sonra tam qətiyyətlə demək olar ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi yaşadığımız Cənubi Qafqaz coğrafiyasına tamamilə yeni reallıqlar gətirdi. Əslində, bu reallıqların anonsunu Prezident İlham Əliyevin xalqa istər 44 günlük müharibənin son günündə - 2020-ci il noyabrın 10-dakı müraciətində, istərsə də 2023-cü il sentyabrın 20-də - lokal xarakterli antiterror tədbirlərindən sonrakı müraciətində səsləndirmiş, Ermənistanı konstruktivliyə, sülhə çağırmışdı. Əlbəttə, rəsmi İrəvanın bunu anlaması üçün zamana ehtiyac duyuldu. Amma necə deyərlər, gec olsun, güc olsun. Hazırda Azərbaycan-Ermənistan sülh sazişi paraflanıb. Yəni sənəd imzalanmaya tam hazırdır. Prezident Ərdoğan isə bildirir ki, Azərbaycanın 44 günlük müharibədəki Zəfərini "Cənubi Qafqazda qalıcı sülhə gedən yolun əsası olaraq görürük".
Bakıdakı Hərbi paradda hər üç ölkənin hərbi kontingentlərinin və texnikalarının birgə iştirakı həm də onların müdafiə və hərbi texnologiya sahəsində oturuşmuş əməkdaşlığa malik olduqlarını göstərir. Deməli, liderlərin əlamətdar gündə bir araya gəlmələri təkcə siyasi jest deyil, həmçinin real hərbi əməkdaşlıq infrastrukturunun möhkəmləndirilməsi anlamı verən hadisədir.
Hər bir ölkənin güclü ordu, müdafiə və hərbi sənaye kompleksinin inkişafı onun gücünü daha da artırır. Azərbaycanın paraddakı gücünü nümayişi hansısa ölkəyə qarşı işğal niyyəti deyil. Prezident dəfələrlə deyib ki, Azərbaycanın heç bir ölkəyə işğal niyyəti yoxdur. Azərbaycan dostluq və qonşuluğa əsaslanan siyasəti üstün tutur, regionda sabitliyə önəm verir. Azərbaycan Silahlı Qüvvələrinin inkişafı regionda təhlükəsizlik baxımından vacib faktordur.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, geosiyasi proseslər, ikili standartlar, beynəlxalq qanunların işlənilməməsi güc faktorunu ortaya çıxarır. Azərbaycanın silahlanması, güclü Ordunun inkişafı geosiyasi proseslərdə baş verənlərin zərurətidir. Azərbaycan bu gün müasir tələblərə cavab verən, qarşıya qoyulan əsas vəzifəni - ərazi bütövlüyünü qorumağa hazırdır. Bunu da Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunan paradında açıq şəkildə nümayiş etdirdi.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 700   Tarix: 12 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr
.

David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayır. Məsələ ilə bağlı -a danışan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, şikayət üzrə Binəqədi Rayon Məhkəməsind

21 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr