Autizimli şagirdi pilləkəndən itələyən məktəb direktoru həbs edildi - VİDEO
Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda baş verən hadisə ilə bağlı qərar verilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Irlamaz Refik Pınar Ortaokulunun direktoru B.G. autizimli şagirdini pilləkəndən itələdiyinə görə həbs edilib.
Hadisə 13 yaşlı, 5-ci sinif şagirdi B.U.U. ilə bağlı olub. Məlumata görə, məktəbdəki təhlükəsizlik kamerasına düşən görüntülərdə direktorun uşağı pilləkənlərdən itələdiyi əks olunub. Hadisədən sonra prokurorluq tərəfindən istintaq başladılıb və B.G. haqqında axtarış qərarı verilib.
Şübhəli jandarmada ifadə verdikdən sonra məhkəməyə çıxarılıb və "özünü müdafiə edə bilməyəcək vəziyyətdə olan uşağa qəsdən xəsarət yetirmə" maddəsi ilə tutularaq həbs edilib.
Məhkəmədə ifadə verən B.G. özünü müdafiə edərək uşağı qəsdən itələmədiyini, sadəcə onu məktəbdən çıxarmaq istədiyini deyib:
"Uşağı yaxasından tutub pilləkənə tərəf yönəldirdim, o isə məni geri çəkdi və bu zaman tarazlığını itirib yıxıldı. Hadisə başqa kamera bucağından baxılsa, niyyətimin pis olmadığı aydın olar," – deyə müdafiə edib.
Hadisə görüntülərinin mediada yayılmasının ardından Turgutlu Rayon İcra Hakimiyyəti məktəb direktoruna qarşı inzibati araşdırma başladıb və onun vəzifədən uzaqlaşdırıldığını açıqlayıb.
Hadisə ictimaiyyətdə böyük narazılıq və etirazla qarşılanıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 900 Tarix: 12 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO
Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar
9 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrEstetik prosedur üçün klinikaya gedən 27 yaşlı influencer öldü
Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında həyatını itirib. Gənc influencerin Helsinkidəki özəl klinikada estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirdiyi, daha sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib. xarici mediaya istinadl
11 sentyabrÖtən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19 sentyabrAta və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO
Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini
17 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabr