Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur

Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi bu gün də keçirilməyib.

"Qafqazinfo"nun məlumatına görə, məhkəməyə çağırılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mütəxəssisi Akademiyanın səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədi özü ilə gətirməyib.

Xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov vəsatət qaldıraraq məhz bu səbəbdən prosesin təxirə salınmasını istəyib. Vəkil mütəxəssinin məsul şəxs olduğunu təsdiq edən sənədini göstərməsinin vacib olduğunu deyib.

İsfəndiyar Axundovun vəkili isə prosesin təxirə salınmasına etiraz edib. Müdafiəçinin sözlərinə görə, müvəkkilinin səhhətində problem var, məhkəmə uzandığı üçün xaricə gedib daha yaxşı müalicə ala bilmir.

Maraqlı və ziddiyətli olan isə budur ki, Şərurlu İsfəndiyarın səhhətində problem olmasından özünün xəbəri yoxdur. Belə ki, prosesdən sonra səhhəti haqda məlumat almaq üçün iş adamı ilə əlaqə saxladıq. O, "Qafqazinfo"ya açıqlamasında bunları dedi: "Əşi səhhətimdə problem yoxdur, yaxşıyam. Xaricə zada da getmək istəmirəm. Vəkilim nəsə deyibsə, onun özündən soruşun".

Qeyd edək ki, tanınmış iş adamından şikayətçi "Proqres 2016" MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. Səməndərov külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. Amma hələ yekun məhkəmə qərarı yoxdur. Buna baxmayaraq, İ.Axundov verilişlərin birində onu dələduz adlandırıb. E.Səməndərov "dələduz" sözünü özünə qarşı təhqir və böhtan hesab edərək məhkəməyə müraciət edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 808   Tarix: 12 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bu məhsullar bahalaşıb

2026-cı ilin iyul ayında Azərbaycanda süd və süd məhsulları, yumurtanın qiyməti ötən ilin eyni ayı ilə müqayisədə 10,3 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Məlumata görə, illik müqayisədə ət və ət məhsulları 7,7 faiz, balıq və balıq məhsulları isə 7,5 faiz bahalaşıb

23 avqust
.

Azərbaycan-Özbəkistan qardaşlığı: Strateji müttəfiqlikdən yeni əməkdaşlıq mərhələsinə

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 23-də Daşkəndə gəliblər. Mövzu ilə bağlı -a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistan Respublikasın

23 avqust
.

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri yeni inkişaf mərhələsində

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib. Daşkənddə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyev

23 avqust
.

Pensiya kapitalı ilə bağlı vətəndaşları SEVİNDİRƏCƏK YENİ TƏKLİF

"Hazırda pensiya kapitalı ən çox müzakirə olunan məsələlərdən biridir. Milli Məclisin Əmək və sosial siyasət komitəsində təkliflər təqdim olunub ki, vətəndaş dünyasını dəyişdiyi halda onun topladığı pensiya kapitalının müəyyən hissəsi, ən azı 30 faizi varisin hesabına köçürülsün və varis həmin vəsaitdə

22 avqust
.

Hava ilə bağlı GÖZLƏNİLMƏZ DƏYİŞİKLİK: oktyabra qədər davam edəcək - YENİ REKORD

Sakit okeanda "El Nino" hadisəsinin son 150 ilin ən güclüsü olacağı barədə xəbərdarlıqlar artır. Proqnozlara görə, okeandan atmosferə böyük miqdarda istiliyin ötürülməsi qlobal istiləşmə ilə üst-üstə düşərək 2027-ci ilin rekord isti illərdən biri olmasına səbəb ola bilər. Bəs "El Nino"

23 avqust
.

Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ: qardaşlıqdan strateji müttəfiqliyə

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin dinamik inkişafının növbəti mühüm göstəricisidir. Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfərinə başlaması Azərbaycan-Özbəkistan münasibətlərinin gündəliyind

23 avqust
.

Azərbaycan vətəndaşı Kamçatkada vulkanda köməksiz vəziyyətdə qaldı

Rusiyanın Kamçatka yarımadasında Ploski Tolbaçik vulkanında bir qrup turist avtomobilləri ilə yolda qalıblar. "Qafqazinfo" Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb güclü yağışlar səbəbindən yolun tamamilə dağılması olub. Çətin vəziyyətdə qalan turistlər arasında Tatyana Dolivet

22 avqust
.

Pensiya alanlara şad xəbər - NAZİRLİK MƏLUMAT YAYDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb. Bu barədə Ölkə.az-a qurumdan məlumat verilib. Bildirilib ki, avqustun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxta

22 avqust
.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri: Azərbaycan-Özbəkistan müttəfiqliyində yeni mərhələ

Bakı-Daşkənd münasibətlərinin strateji əhəmiyyəti daha da artır. Ölkə başçısının Özbəkistan Respublikasına bugünkü səfəri bunu bir daha sübut edir. Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib. Dövlət başçısını Daşkənddə "Daşkənd-Xumo"

23 avqust