"Ermənistan ata-baba yurdundan didərgin salınmış qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edir" - Əziz Ələkbərli
Qərbi Azərbaycan İcmasının tarixi torpaqlara qayıdışla bağlı əsas istinadgahı beynəlxalq hüquqdur.
Sonxeber.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş "Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ" adlı beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, əsas hədəf insanların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışıdır:
"Bu istiqamətdə dialoq, beynəlxalq təşkilatlarla əməkdaşlıq daim diqqət mərkəzindədir. Biz sənədlərimizdə xüsusi vurğulamışıq ki, İcma beynəlxalq hüququn bütün norma və prinsiplərinə hörmət edir. Dünya ictimaiyyətinin diqqətinə onu da çatdırmışıq ki, ermənilərin soydaşlarımıza qarşı cinayətləri bütün hüdudları aşıb. Lakin təəssüf ki, Ermənistan bütün cinayətlərinə görə nəinki məsuliyyət daşımaq istəmir, ata-baba yurdundan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnu inkar edir. Azərbaycanın həm də maddi və mədəni irsi ermənilər tərəfindən darmadağın edilib. Bununla bağlı biz aidiyyəti bütün strukturlara, UNESCO-ya müraciət etmişik. İcmanın davamlı çağırışlarına baxmayaraq, Ermənistan bu istiqamətdə heç bir müsbət cavab vermir".
Ə.Ələkbərli bildirib ki, bu il avqustun 8-də keçirilən Vaşinqton görüşündən sonra Ermənistan ictimaiyyəti, siyasətçiləri, mediası guya Azərbaycanın Qərbi Azərbaycana qayıdış ideyasından əl çəkdiyini yayırdı:
"Hətta Qərbi Azərbaycan İcmasının artıq fəaliyyət göstərməyəcəyini, ümumiyyətlə, bu istiqamətdə bütün fəaliyyətin dayandırılacağını deyirdilər. Ancaq Azərbaycan Prezidentinin AMEA-dakı çıxışı bir daha hər kəsə göstərdi ki, bunlar yalan məlumatlardır. Ermənilər həmin niyyətlərinə çatmayacaqlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 866 Tarix: 15 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrPensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın
19 sentyabrQızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabr"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabrAzərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,
19 sentyabr