İMQ Qəzzanın şimalında HƏMAS-a aid tunelin məhv edildiyini açıqlayıb
İsrail Müdafiə Qüvvələri (İMQ) HƏMAS tərəfindən təxminən bir il əvvəl hərbçilərə qarşı ölümcül hücum təşkil etmək üçün istifadə olunan Qəzza zolağının şimalındakı tuneli məhv edib.
"Report"un "The Times of Israel"ə istinadən məlumatına görə, bu barədə İMQ-nin mətbuat xidməti açıqlama yayıb.
İMQ bildirib ki, tunelin uzunluğu təxminən bir kilometr, dərinliyi isə onlarla metr olub.
Xatırladaq ki, 2024-cü ilin dekabrında HƏMAS-ın hücumu nəticəsində "Kfir" briqadasının "Şimşon" batalyonundan üç israilli hərbçi həlak olmuşdu.
Qeyd olunur ki, son həftələrdə "Şimşon" batalyonunun hərbçiləri Beit-Hanun bölgəsində, İsrail tərəfinin "sarı xətt" adlanan hissəsində fəaliyyət göstərərək HƏMAS-ın qalan infrastrukturunu, o cümlədən hücum üçün istifadə olunan tuneli məhv etməyə çalışıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 272 Tarix: 16 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan Putinə zəng etdi
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan telefonla danışıb. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan danışıqda ikitərəfli münasibətlərin gələcə
23 martİqlim dəyişikliyi dünyada xəstəliklərin yayılmasını artırır
İqlim dəyişikliyi artıq təhlükəli xəstəliklərin yayılmasına təsir göstərir. Bir araşdırma fırtına və isti havanın denqe qızdırması üçün şərait yaratdığını göstərib. İqlim dəyişikliyinin yaratdığı ekstremal hava hadisələri yoluxucu xəstəliklərin yayılmasını əhəmiyyətli dərəcədə artıra bilər. -ın xaric
22 martMask "Terafab" çip istehsalı layihəsinin başlanğıcını elan edib
Amerikalı sahibkar İlon Mask rəsmi olaraq mikroçip istehsalına yönəlmiş "Terafab" layihəsinin başlandığını elan edib. "Report"un məlumatına görə, onun çıxışı "Tesla" şirkətinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanıb. "Biz hazırkı təchizatçılarımı
22 martKİV: ABŞ-nin müttəfiqləri İrandakı əməliyyatı dəstəkləməyə hazır deyillər
ABŞ-nin Asiyadakı müttəfiqləri Vaşinqtona etimadın azalması fonunda İrana qarşı hərbi əməliyyatını dəstəkləməyə hazır deyillər. "Report" xəbər verir ki, bu barədə "The American Conservative" jurnalının məqaləsində deyilir. Qeyd olunub ki, ABŞ-nian daha fəal iştiraka, o cümlədən Hörmü
22 martTramp hərbçilərə İranla bağlı bu göstərişi verdi
ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilərə İranın enerji infrastrukturuna zərbələri beş gün müddətinə təxirə salmaq barədə göstərib verib. "Qafqazinfo" xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında yazıb. Onun sözlərinə görə, buna səbəb hazırda tərəflər arasında məsləhətləşmələri
23 mart