Kanadada həmyerlisinin ürəyini çıxarıb yeyən qatil həbs olunmadı
Kanadada ağlasığmaz və amansız qətl hadisəsi baş verib.
Oxu.Az "Mirror" nəşrinə istinadən xəbər verir ki, Vinsent Veyquan Li avtobusda Tim Maklinə hücum edərək, bıçaqla onun başını kəsib.
Məlumata görə, Li qurbanının qulağını, burnunu və dilini kəsib. Ölən şəxsin ürəyi və gözü isə tapılmayıb. Polisin versiyasına əsasən, Vinsent Li öldürdüyü şəxsin ürəyini və gözünü yeyib.
Məhkəmədə qatil "tanrının səsini" eşitdiyini və bu səsin ona qətli törətməyi əmr etdiyini bildirib.
Li ifadəsində deyib ki, qeybdən gələn səs ona Tim Maklin adlı şəxsin əslində yadplanetli olduğunu və onu öldürməli olduğunu söyləyib.
Məhkəmə qərarına əsasən, Vinsent Li ruhi xəstə sayılıb və psixiatrik xəstəxanaya yerləşdirilib.
Zərərçəkənin anası isə qatili ruhi xəstə hesab etmədiyini və ədalətin bərpa olunmadığını bildirib.
Ağır və dəhşətli cinayət törətməsinə baxmayaraq, Vinsent Li hazırda azadlıqdadır. O, adını dəyişərək Manitobada yaşayır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 703 Tarix: 16 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir
ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl
9 oktyabrBöyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir. Yeni sanksiyalar Rusiya maliyyə sektoruna, eləcə də "kölgə donanması" ilə əlaqəli şirkət və 12 gəmiyə qarşı yönəlib. Sanksiy
8 oktyabrLukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə ilk dəfə olaraq Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etmək qərarını tarixi hadisə adlandırıb. BELTA-ya istinadən xəbər verir ki, Belarus lideri bu barədə Türkmənistanda keçirilən MDB sammitində çıxışı zamanı bildirib. "Təşkilatımızı
9 oktyabrVanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,
8 oktyabrABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı
ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi
10 oktyabr