"Bu gün Ağdamda başlayan həyat, işıq, quruculuq Azərbaycan Respublikasının gələcək nəsillərə bəxş etdiyi ən böyük tarixi irsdir" - DEPUTAT

"Bu gün Ağdamda başlayan həyat, işıq, quruculuq Azərbaycan Respublikasının gələcək nəsillərə bəxş etdiyi ən böyük tarixi irsdir" - DEPUTAT"Azərbaycanın son illərdə keçdiyi böyük dönüş, əldə etdiyi tarixi uğurlar məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir. Bu liderlik həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycanın mövqeyini gücləndirib, dövlətimizi regionun əsas siyasi güc mərkəzlərindən birinə çevirib. Prezident İlham Əliyevin illər boyu apardığı ardıcıl siyasət Azərbaycanın haqq işini dünyaya tanıtmaqla yanaşı, işğal altında olan torpaqlarımızın azad olunmasına aparan yolu da hazırladı".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.

O, açıqlamasında qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə təkcə hərbi gücün deyil, həm də diplomatik məharətin, düzgün strateji planlamanın nəticəsi idi:

"Bu Qələbənin ən mühüm simvollarından biri isə Ağdamın azad edilməsidir. Ağdam illərlə dağıdılmış, talan edilmiş, xarabalığa çevrilmişdi. Lakin 2020-ci ilin noyabrında əldə edilən siyasi üstünlük sayəsində şəhər döyüşsüz, tamamilə Azərbaycanın iradəsi hesabına geri qaytarıldı. Bu, Prezident İlham Əliyevin həm hərbi, həm də diplomatik sahədə tarazlaşdırılmış siyasətinin parlaq təzahürüdür.

Ağdamın azadlığından dərhal sonra şəhərin yenidən qurulmasına başlanıldı. Prezident İlham Əliyevin şəxsən nəzarət etdiyi bərpa prosesi bu gün Qarabağda həyata keçirilən ən genişmiqyaslı layihələrdən biridir. Yeni yollar, mühəndis kommunikasiyaları, yaşayış məhəllələri, sənaye zonaları, sosial obyektlər və tarixi irsin bərpası ardıcıl şəkildə həyata keçirilir. Ağdamın Baş Planı şəhəri tamamilə modern urbanistik prinsiplər əsasında yenidən formalaşdırır və bu, Azərbaycanın gələcəyə baxışının təcəssümüdür".

Deputat onu da vurğuladı ki, bu gün Ağdamda gedən işlər təkcə bir şəhərin deyil, bütün Azərbaycanın dirçəlişinin göstəricisidir:

"Bu proses həm də xaricdə yaşayan soydaşlarımız üçün qürur mənbəyidir, çünki dövlətimiz güclü liderlik sayəsində təkcə torpaqlarını azad etmədi, həm də həmin torpaqlara həyatın qayıdışını təmin etdi. Prezident İlham Əliyevin verdiyi bütün vədlər kimi, "Ağdam böyük qayıdış yaşayacaq" fikri də artıq reallığa çevrilir.

Azərbaycanın bu tarixi mərhələsi bir daha göstərdi ki, dövlətin gücü onun liderliyindən, liderin gücü isə xalqının dəstəyindən gəlir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti həm Qələbəni təmin etdi, həm də Qarabağın və xüsusilə Ağdamın bərpasını mümkün edən yeni inkişaf dövrünün əsasını qoydu. Bu gün Ağdamda başlayan həyat, işıq, quruculuq Azərbaycan Respublikasının gələcək nəsillərə bəxş etdiyi ən böyük tarixi irsdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 857   Tarix: 19 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr