"Ağdam yalnız Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət və tarix baxımından mühüm bir şəhəri olmuşdur" - DEPUTAT
"Ağdam şəhərinin erməni işğalından azad olunmasının 5 ili tamam olur. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da heç bir itki olmadan Ağdam işğaldan azad olunub. Ağdam yalnız Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət və tarix baxımından mühüm bir şəhəri olmuşdur.2020-ci ilin 20 noyabrı Azərbaycan xalqı üçün çox böyük bir tarixdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bu gün Ağdamı azad edərək bütün Qarabağ və Şərqi Zəngəzurun azadlığına gedən yolu açmış oldu".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, Ağdamın azad olunması Azərbaycan Silahlı Qüvvələrinin gücünün və iradəsinin təcəssümüdür:
"Ağdam bir güllə belə atılmadan işğaldan azad edilmişdir. Azərbaycan Silahlı Qüvvələri Ağdamın minalanmış və möhkəmləndirilmiş ərazilərini böyük diqqətlə keçərək düşməni yarımmühasirəyə almış və bu əməliyyat nəticəsində erməni tərəfi kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur.
Ağdamın azad edilməsi ilə yanaşı burada həyata keçirilən bərpa işləri Azərbaycanın digər işğaldan azad edilmiş əraziləri üçün də nümunə olacaqdır. Dövlət başçımız İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdamda keçirilən hər bir tədbirdə iştirak edərək bu ərazinin yenidən qurulmasına rəhbərlik edirlər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ