Marketdən alınan toyuğun rəngi bişəndə dəyişdi - İstehsalçı şirkətdən açıqlama
Elşən Ağayev adlı vətəndaş mağazalardan birindən aldığı toyuğu bişirərkən məhsulun rənginin dəyişdiyini müşahidə edib.
O bildirib ki, toyuq bişdikdən sonra çəhrayı rəng alıb və yedikdən sonra səhhətində problemlər yaranıb: "İki toyuq aldım, evə gətirib bişirdim. Rəngi çəhrayı oldu. Yedikdən sonra özümü pis hiss etdim, ürəkbulanması yaşadım. Marketdən alanda toyuğun təzə olduğunu söyləmişdilər", - deyə o qeyd edib.
Məsələ ilə bağlı istehsalçı şirkətin açıqlaması isə belə olub:
"Toyuq məhsulunun çəhrayı rəngdə olmasının səbəblərini araşdırdıq. Buna saxlanma şəraiti, qidalanma, bişirmə forması səbəb ola bilər. Əsasən qarğıdalı ilə qidalanan toyuqlarda olan təbii piqmentlər səbəbilə qaynama zamanı həm ətin rəngi, həm də suyunun tonu çəhrayı görünə bilər. Bu, xüsusilə gənc toyuqlarda və ya məhsul birbaşa qaynar suya atıldıqda daha çox müşahidə olunur. Bu, təbii bir prosesdir və sağlamlıq baxımından heç bir təhlükə yaratmır. Toyuq tam şəkildə bişirildikdən sonra rahatlıqla istifadə oluna bilər. Məhsulda kənar qoxu, boz və ya yaşıl rəng kimi xarab olma əlamətləri yoxdursa, çəhrayı görüntü yalnız bişmə zamanı yaranan normal rəng dəyişikliyidir".
Ətraflı Baku TV-nin süjetində:
Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1414 Tarix: 20 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrQızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrBoşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll
19 sentyabrİş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabr