Yanğın anından video paylaşdı - Bu restoranı ittiham etdi
Ötən gecə güclü yanğının baş verdiyi Yasamaldakı çoxmərtəbəli yaşayış binasının sakinləri arasında tanınmış hərbi jurnalist Heydər Mirzə də olub.
"Qafqazinfo" xəbər verir ki, o, hadisə zamanı dostu ilə birlikdə 12-ci mərtəbədə yerləşən mənzilində olub.
Yanğın anından video paylaşan jurnalist mənzilə hər dəlikdən tüstü daxil olduğunu, 4-cü mərtəbəyə qədər düşə bildiklərini, lakin yenidən çətinliklə evə qayıtmaq məcburiyyətində olduqlarını söyləyib.
"Alovdan ölmək tüstüdən ölməkdən yaxşı imiş... Pişiklər də hərəsi bir tərəfdə gizlənib, bilmirəm haradadılar", - deyə H. Mirzə bildirib.
Bundan başqa, o, 3 nəfərin ölümü, xeyli şəxsin zəhərlənməsi ilə nəticələnən yanğına görə binanın altında yerləşən "LOFT" restoranını ittiham edib. Jurnalist güclü tüstü ilə müşayiət edilən hadisəyə restoranın səbəb olduğunu iddia edib. Onun sözlərinə görə, hadisə vaxtı yanğın olmayıb, binanın şaxtasından güclü tüstü yayılıb və tikilinin dəhlizlərini bürüyüb.
Restoranın binanın qarajının bir hissəsini zəbt etdiyini həmçinin əxlaqsızlıq yuvası kimi də fəaliyyət göstərdiyini iddia edən Heydər Mirzə məsələ ilə bağlı bir müddət əvvəl Yasamal Rayon Məhkəməsinə müraciət etdiklərini əlavə edib. O qeyd edib ki, birinci instansiya məhkəməsi "LOFT"un xeyrinə qərar çıxardığından sakinlər olaraq apellyasiya instansiyasına müraciət etməyi planlaşdırıblar.
Qeyd edək ki, faciəvi hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1272 Tarix: 22 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabrÖtən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabr