"Eks-ərimin bu addımına görə uşaqlarım havada qalıblar"
Müğənni Leyla Rəhimova boşandığı həyat yoldaşı Zaur Cəlilin özünə və övladlarına məxsus sənədləri ondan almaqda ittiham edir.
Axşam.az xəbər verir ki, məsələ ilə bağlı "Space xəbər"ə danışan ifaçı aidiyyəti qurumlardan ona sənədlərini bərpa etməkdə yardım göstərməklərini istəyib. O, iddia edir ki, keçmiş həyat yoldaşı müğənini valideynlərini ziyarət etmək məqsədi ilə Bakıya gətirib, lakin daha sonra ona və övladlarına aid olan sənədləri götürərək Amerikaya qayıdıb. L.Rəhimova bildirib ki, sənədləri eks-həyat yoldaşından istəsə də, Z.Cəlil cavabında onları itirdiyini deyib.
Leyla uşaqlarına sənədlər almaq üçün aiddiyyəti qurumlara müraciət edib:
"Boşanma Azərbaycanda oldu. Mənə elə gəlir ki, Amerikada hələ də nikahda varıq. Onu dəqiq deyə bilmirəm. Uşaqlarımın doğum haqqında şəhadətnaməsini və öz "green" kartımı bərpa etmək istəyirəm. Keçmiş həyat yoldaşıma müraciət edəndə, dedi ki, sənədləri itirmişəm. Çox istəyərdim ki, mənə kömək olsunlar. Çünki uşağımı burada harasa aparanda sənəd lazım olur. Uşaqlarım demək olar ki, havada qalıblar".
Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. 2023-cü ildə o, Bakıya qayıdıb. Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, sosial şəbəkədə paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gülben Ergen yay tətilinə belə vida etdi: son günündən həzz aldı
Gülben Ergen yay tətilinə hovuz kənarında dincələrək vida edib. xarici KİV-ə istinadən xəbər verir ki, tətilinin son gününü doyunca yaşayan məşhur müğənni sosial şəbəkə hesabında bu sözləri yazıb. "Əgər məktəblər sabah açılırsa, bu gün tətilin son günüdür"
14 sentyabrMəşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü
Meksikada "Camilo Septimo" rok qrupunun üzvü Conatan Melendes, hamilə həyat yoldaşı, 3 yaşlı qızı və ailənin dayəsi evlərində qətlə yetirilib. Ailənin iti də öldürülüb. "Qafqazinfo" xəbər verir ki, Meksika Dövlət Baş Prokurorluğunun məlumatına görə, 38 yaşlı Melendes və ailə üzvlərini
4 sentyabrAfra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində haqqında saxlanılma qərarı verildiyi bildirilən aktrisa Afra Saraçoğlu barəsində yayılan xəbərlərə münasibət bildirib. xarici mediaya istinadla xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun cəmiyyətin sağlamlığı və təhlükəsizliyin
18 sentyabr"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO
Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl
17 sentyabr"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"
Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı
13 sentyabrCeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar
ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind
18 sentyabrElnarə Xəlilova da iynə ilə arıqlayır
Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib
12 sentyabrİllər sonra ekranlara qayıdan aktrisanı heç kəs tanımadı
Türkiyənin məşhur "Yahşi Cazibe" serialında Simge obrazı ilə tanınan Hande Katipoğlu illər sonra yenidən ekranlara qayıdıb. Aktrisanın yeni serialdakı dəyişən görünüşü izləyicilərin diqqətini çəkib. xarici mediaya istinadla xəbər verir ki, 2010-2012-ci illərdə yayımlanan "Yahşi Cazibe"
9 sentyabr