Maşın ustasına səs-küy üçün xəbərdarlıq edildi, verdiyi cavab hər kəsi şoka saldı
Aksarayın Böyük Bölcek prospektində avtomobil kapot təmiri ilə məşğul olan Fatih M. adlı şəxs çəkiclə işlədiyi üçün ətrafda güclü səs-küy yaradıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sakinlər səsdən narahat olduqları üçün polisə müraciət ediblər.
Məlumat əsasında əraziyə polis əməkdaşları göndərilib. Qısa müddətdə hadisə yerinə çatan polis, Fatih M.-yə sakinlərin şikayət etdiyini bildirərək səs-küyü dayandırması barədə xəbərdarlıq edib. Lakin o, özünü müdafiə edərək polisə belə deyib:
"Rəis, bu maşın mənim deyil, bir kasıbnındır. Mən də xalq adamıyam, Pulsuz təmir edirəm. Cəmi 15 dəqiqəlik işim qalıb. Məni də başa düşün. Buradan heç bir qazancım yoxdur."
Polis əməkdaşının "Vətəndaşlar narahat olur" deməsi Fatih M.-ni daha da əsəbiləşdirib. O, qeyri-adi cavabla diqqət çəkib:
"Bu vətəndaşlar necə vətəndaşdır? And içirəm, anbarımda 10 litr benzin, 150 qram da yandırıcı yağ var. Benzini töküb cayır-cayır yandıracağam, andım var."
Məlum olub ki, Fatih M. daha əvvəl də gündəmə gəlib. Bu ilin avqust ayında o, Tofaş Kartal markalı avtomobilini demək olar ki, tank kimi modifikasiya edərək şəhərdə dolaşmışdı. Polis həmin avtomobili saxlayaraq sürücülük vəsiqəsini 2 ay müddətinə əlindən almış və ona 8 min 306 lirə cərimə kəsilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 752 Tarix: 24 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrİtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO
Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar
9 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabr