"Kişilər niyə bütün qadınları "ələ keçirmək" istəyirlər?" - AÇIQLAMA
Müasir cəmiyyətdə tez-tez rast gəlinən suallardan biri budur: "Niyə kişilər bəzən bütün qadınları əldə etmək istəyi ilə hərəkət edir?" Bu sual yalnız romantik münasibətlər deyil, eyni zamanda ailə və sosial münasibətlər səviyyəsində də mühüm bir mövzudur. Psixoloqların və sosial tədqiqatçıların fikrincə, bu davranışın kökləri təkcə bioloji deyil, həm də ailədən gələn psixoloji təsirlərdən qaynaqlanır.
Psixoloq Aytən Ələkbərova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Bir çox kişi üçün ailədə və uşaqlıq dövründə öyrəndikləri nümunələr davranışlarını müəyyən edir. Valideynlərin oğlan uşaqlarına verdiyi üstünlük, qızlarla müqayisədə fərqli yanaşmaları, oğlanın səhvlərini bağışlaması və qızlara qarşı sərt mövqe bu psixoloji təsirlərin əsas hissələrindəndir. Uşaqlıqdan etibarən bu nümunələr kişilərin gələcək münasibətlərində, həm də ailə xaricindəki davranışlarına təsir edir.
Əgər bir oğul, anasının həyatında baş verən xəyanəti və onun nəticələrini açıq şəkildə görərsə, və anası bunu oğluna düzgün bir dildə izah edərsə — məsələn, "Mən sənin ananam, gör nə çəkdim; xəyanət böyük səhvdir" — bu oğul gələcəkdə daha məsuliyyətli münasibətlər qurmağa daha meylli olur. Bu zaman kişilər xəyanətə meylli olmur və münasibətlərdə etibarın qorunmasına önəm verir.
Təəssüf ki, çox vaxt oğlan uşaqlarına "Biz kişiyik, belə yaradılmışıq" mesajı ötürülür. Bu yanlış inanc kişilərdə doyumsuzluq və qısqanclıq hisslərini gücləndirir. Onlar diqqət və sevgi görmədiklərini düşündüklərində isə bunu xəyanət və digər yanlış davranışlarla kompensasiya etməyə çalışırlar. Lakin bu heç bir halda bəraət qazandırmır; həyat yoldaşının, anasının, bacısının və hətta kənarda sevdiyi qadının göz yaşlarını unutmamalıdırlar.
Bəzən psixoloqlar da "Kişilərin təbiəti belədir" deyirlər, amma bu, etik və əxlaqi məsuliyyəti aradan qaldırmır. Kişilərin doyumsuzluğunu və diqqət ehtiyaclarını anlamadan onları sadəcə bioloji instinktlərlə izah etmək düzgün deyil. Belə yanaşma yalnız çarpışmaları artırır və cəmiyyətdə çapkın qadınların artmasına da səbəb olur. Əslində məqsəd, kişilərin öz duyğu və ehtiyaclarını idarə etməyi öyrənməsi, qadınlara hörmət etməsi və sağlam münasibət nümunələri yaratmasıdır.
Qısaca desək, kişilərin "bütün qadınları əldə etmək" istəyi həm bioloji, həm də psixoloji faktorlarla bağlıdır, lakin bu davranışın məsuliyyətsiz olması həyatın bütün sahələrində problemlərə yol açır. Ailə tərbiyəsi, sosial nümunələr və maarifləndirmə kişilərin davranışlarını dəyişmək üçün ən güclü alətlərdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ