"Mal-qarasını otarmadığım üçün məni işdən çıxardı" - Direktordan cavab

"Mal-qarasını otarmadığım üçün məni işdən çıxardı" - Direktordan cavab"Cəlilabad rayonu Həsənli kənd orta ümumtəhsil məktəbinin direktoru Əliqismət Dadaşov onun mal-qarasını otarmadığım üçün yanvar ayında məni qeyri-qanuni şəkildə işdən çıxarıb.

Bu iddia ilə "Qafqazinfo"ya 11 ay əvvəl həmin məktəbdə gözətçi işləyən Taleh Saleh oğlu Əliyev müraciət edib.

Şikayətçinin sözlərinə görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin işə bərpa ilə bağlı qərarı olsa da, direktor onu işə qaytarmayıb: "29 ildir həmin məktəbdə direktor işləyən Əliqismət Dadaşov mənə dedi ki, mal-qaramı otar, otarmadım. Ona görə məni işdən çıxardı. Məni aldatdı, Cəlilabada aparıb hansısa sənədə qol çəkdirərək məni işə qaytaracağını dedi, amma etmədi. Yerimə də qohumunu gətirib. 300 manat əməkhaqqı alırdım, 3 körpə övladım var, xəstə anam da himayəmdədir. Heç bir yerdə də işləmirəm. Onları nə ilə dolandıracağam?"

T.Əliyev deyir ki, direktor ona məktəbdə işləməyə yer verməyib: "Mənə dedi gəl məktəbdə qal, gəldim məktəbə, yer vermədi. Dedi ki, get köhnə məktəbdə qal. Köhnə məktəbdə də soyuq havada necə qalım? Dedim maşınla məktəbin həyətinə gəlim, maşında qalım heç olmasa. Onda da dedi ki, məktəbin həyətinə maşın salma, yolda saxla, yolda qal. Gözətçi işləyirdim. Məktəbin açarını istədim ki, heç olmasa içəridə qalım. Onu da vermədi ki, olmaz. Açarı məndən aldı, dilini dəyişib verəcəyini bildirdi. Məni aldatdı, aparıb rayonda qol çəkdirdi, məni işə qaytarmadı. Mən də məhkəməyə verdim. Məhkəmə oldu, amma Dadaşov məhkəməyə gəlmədi".

Şikayətçinin bizə göndərdiyi 10 sentyabr 2025-ci il tarixli sənəddən məlum olur ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi Etibar Vəliyev adından göndərilən məktubda Cəlilabad rayon kənd ümumi orta məktəbi rəhbərliyinə 30 gün müddətində T.Əliyevi işə bərpa etməsi tapşırılıb.

Şikayətçi Taleh Əliyev bizə müraciətində eyni zamanda vurğulayıb ki, hazırda şikayət məhkəmə müstəvisində mübahisələndirilir. Birinci məhkəmə iclası keçirilsə də, direktor Əliqismət Dadaşov həmin prosesdə iştirak etməyib. İkinci məhkəmə isə dekabrın 4-nə təyin olunub.

İttihamlarla əlaqədar məktəb direktoru Əliqismət Dadaşovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, T.Əliyevin işdən azad edilməsi qanunvericiliyin tələblərinə tam uyğun olaraq həyata keçirilib: "Qeyd edirəm ki, Əliyev Taleh Sakit oğlu barəmdə yaydığı məlumatlarda həqiqətə uyğun olmayan və əsassız iddialar səsləndirir. Həmin şəxsin mənimlə bağlı hər hansı hüquqi əsası yoxdur. Onun tərəfimdən işdən azad edilməsi də qanunvericiliyin tələblərinə tam uyğun olaraq, qanunla əmək müqaviləsinə xitam verilməsi qaydasında həyata keçirilib. Araşdırılmamış və qərəzli informasiyanın tirajlanması həm mənim hüquqlarımın pozulması, həm də ictimaiyyətdə yanlış fikir formalaşdırılması deməkdir. Zərurət yaranacağı təqdirdə qanunla müəyyən edilmiş tədbirlər görmək hüququmu saxlayıram".
"Mal-qarasını otarmadığım üçün məni işdən çıxardı" - Direktordan cavab


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 708   Tarix: 29 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm

19 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr