UEFA "Qarabağ"ı cərimələdi

UEFA "Qarabağ"ı cərimələdiUEFA "Qarabağ" futbol klubunu cəzalandırıb.

Qaynarinfo bu barədə Britaniyanın "The Sun" nəşrinə istinadən xəbər verir.

Cəzaya səbən Bakıda İngiltərənin "Çelsi" komandası ilə keçirilən (0:5) UEFA Gənclər Liqasının (U-19) 4-cü tur matçında tribunalarda baş verən xoşagəlməz insident səbəb olub.

Məlumata görə, klub 5 min avro məbləğində cərimələnib. Bununla yanaşı, U-19 komandası UEFA-nın bayrağı altında bir oyunu azarkeşsiz keçirməli olacaq, lakin bu qərarın icrası həmin qərarın qəbul edildiyi tarixdən etibarən bir il sınaq müddəti ilə dayandırılıb.

Xatırladaq ki, görüş zamanı meydan sahiblərindən bir azarkeş, qonaq komandanın futbolçusu Sol Qordanın vurduğu qoldan sonra ona qarşı irqi ayrı-seçkilik nümayiş etdirib. Matçdan sonra "Çelsi" bu hərəkəti qınamış, "Qarabağ" isə hadisəyə görə təəssüf etdiyini bildirərək məsələ ilə bağlı araşdırma aparmağa hazır olduğunu bildirmişdi.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1028   Tarix: 29 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

UFC Fight Night Baku" Azərbaycanın idman tarixində yeni mərhələdir - Aqil Acalov

Azərbaycanın mötəbər və nüfuzlu idman yarışlarına evsahibliyi etməsi üçün seçilməsi ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının, geniş infrastruktur layihələri və sağlam həyat tərzini özündə əks etdirən siyasətin uğurlu nəticəsidir. Hər il Bakıda idmanın demək ola

27 iyun
.

Mbappe dünya çempionatlarının tarixinə düşdü

Fransa millisinin hücumçusu Kilian Mbappe üç fərqli dünya çempionatının pley-off mərhələlərində ən azı üç qol vuran ilk futbolçu olub. bu barədə TASS agentliyinə istinadən xəbər verir. Mbappe DÇ-2026-nın 1/8 finalında Paraqvay yığması ilə matçın (1:0) 70-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməkl

5 iyul
.

"UFC Fight Night Baku": Nazim Sadıxov ilk raundda nokaut oldu

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində növbəti təmsilçimiz oktaqona çıxıb. xəbər verir ki, yüngül çəki dərəcəsində təmsilçimiz Nazim Sadıxov (70.76 kq) Braziliyadan olan Mateus Kamilo ilə (70.76) qarşılaşıb. O, braziliyalı rəqibinə ilk raundda nokautla uduzub. Qeyd edək ki, dah

27 iyun
.

"UFC Fight Night Baku": Qazaxıstanlı Almabayev qələbə qazandı

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində növbəti görüş baş tutub. xəbər verir ki, turnirin üçüncü əsas qarşılaşmasında Qazaxıstanı təmsil edən Asu Almabayev (57.15 kq) ABŞ-dən olan Çarlz Consonla (56.92 kq) qarşıaşıb. Superyüngül çəkidə keçirilən döyüşdə Asu Almabayev Çarlz Conson

27 iyun
.

"UFC Fight Night Baku": Rafael Fiziyev əsas döyüşdə nokautla qələbə qazandı

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində gecənin əsas döyüşü baş tutub. xəbər verir ki, yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziyev (70.76 kq) meksikalı Manuel Torreslə (70.76 kq) qarşılaşıb. O, meksikalı rəqibini ikinci raundda nokaut edərək qalib gəlib. Qeyd edək ki, dah

27 iyun
.

Klopp Almaniya yığmasının baş məşqçisi olacaq

Almaniyalı mütəxəssis Yurgen Klopp futbol üzrə Almaniya millisinə rəhbərlik edəcək. "Report" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində bildirib. Onun sözlərinə görə, uzunmüddətli müqavilənin detalları hələ müzakirə olunur, lakin prinsipia

5 iyul
.

Sevgilisi Ronaldonun neçə yaşadək oynayacağını açıqladı

Georgina Rodriqez futbol ulduzu Kriştiano Ronaldonun 41 yaşında belə yüksək səviyyədə çıxış etməsinin sirrindən danışıb. -ın xəbərinə görə, Rodriqez sosial şəbəkədə yazıb ki, Ronaldonun futbola olan sevgisi və motivasiyası tanış olduqları ilk gündə necə idisə, bu gün də eynidir. "İnanılmazdır ki

28 iyun
.

Rəsmi: "Qarabağ" dünya çempionatının iştirakçısını transfer etdi

2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini rəsmiləşdirib. xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Bildirilib ki, Xorvatiyanın "Riyeka" klubu ilə aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç "Qarabağ"

21 iyun
.

"Barselona" Jül Kundeni "Mançester Yunayted"ə təklif edib

İspaniyanın "Barselona" klubu müdafiəçisi Jül Kundeni İngiltərənin "Mançester Yunayted" komandasına təklif edib. "Report" "TEAMtalk"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı fransalı futbolçu üçün 50 milyon avrodan çox məbləğ tələb edir. Həftəli

4 iyul