KİV: Tramp Maduronu vəzifəsindən getməyəcəyi təqdirdə güc tədbirləri ilə hədələyib

KİV: Tramp Maduronu vəzifəsindən getməyəcəyi təqdirdə güc tədbirləri ilə hədələyibABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə telefon danışığında bildirib ki, əgər o, vəzifəsindən könüllü getməsə, Vaşinqton güc tədbirlərinə əl ata bilər.

"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən xəbər verib.

Mənbələrin sözlərinə görə, Tramp ötən həftə Maduroya bildirib ki, əgər vəzifədən könüllü getməsə, ABŞ Venesuelaya qarşı güc tətbiqi də daxil olmaqla müxtəlif variantları nəzərdən keçirəcək. Nəşr iddia edir ki, iki lider telefonla Maduro və onun yaxın ətrafı üçün mümkün əfv məsələsini də müzakirə ediblər.

Trampın ilk səlahiyyət müddəti ərzində, 2020-ci ilin martında, ABŞ Maduro və bir neçə digər hökumət məmurunu narkoterrorizmdə ittiham edib, Venesuela Prezidentinin həbsinə və ya məhkum edilməsinə səbəb olan məlumat üçün 15 milyon dollar mükafat vəd verib. 2025-ci il avqustun əvvəlində rəsmi Vaşinqton Maduronun tutulmasına səbəb olan məlumat üçün mükafatı 50 milyon dollara qədər artırıb.

ABŞ-nin Ədliyyə Nazirliyinin versiyasına görə, Venesuela lideri dünyanın ən böyük narkotik qaçaqmalçılarından biridir və ölkənin milli təhlükəsizliyinə təhdid yaradır.

Amerika mediası dəfələrlə ABŞ-nin tezliklə Venesuela ərazisinə zərbələr endirə biləcəyi barədə məlumat yayıb.

Tramp daha əvvəl Vaşinqtonun quruda Venesueladan gələn narkotik ticarəti ilə mübarizəyə başlayacağını söyləyib, lakin mümkün hərbi əməliyyatlar barədə ətraflı məlumat verməyib. Amerika lideri, həmçinin Venesuela və onun ətrafındakı hava məkanının tamamilə qapalı olduğunu hesab etməyə çağırıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 702   Tarix: 30 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib

İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə

20 sentyabr
.

Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs

20 sentyabr
.

İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb

İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. "Report" xəbər verir ki

19 sentyabr
.

Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı

Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli

20 sentyabr
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr
.

Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi

Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla

19 sentyabr
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

20 sentyabr
.

"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı

Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə

20 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr