Elmin ən böyük sirri: Kainat sonsuzdur, yoxsa sonu var?

Elmin ən böyük sirri: Kainat sonsuzdur, yoxsa sonu var?"Kainat sonsuzdurmu?" sualı, insanlığın verə biləcəyi ən fundamental suallardan biridir. Təəssüf ki, bu suala hazırkı ən dürüst cavab "bilmirik" ifadəsi ilə yekunlaşır.

Qaynarinfo xəbər verir ki, kainat haqqında çox şey öyrənsək də, alimlər hələ də gördüyümüz kosmosun xaricindəki məkanın sonsuzadək davam edib-etmədiyini, yoxsa qəribə şəkildə öz ətrafına qapanan sonlu bir quruluşa sahib olub-olmadığını müəyyənləşdirə bilməyiblər.

Bununla belə, bir neçə məntiqli nəzəriyyə mövcuddur. Bu nəzəriyyələrin bir hissəsi kainatın həqiqətən sonsuz olduğunu və heç bir sərhəd tanımadan yayıldığını iddia edir. Digərləri isə kənarı olmayan, lakin yenə də sonlu bir kainat modelinə üstünlük verir.

Tədqiqatçılar güclü müşahidələrə və nəzəri irəliləyişlərə baxmayaraq, qəti cavabın bizim çatmayacağımız bir yerdə ola biləcəyini vurğulayırlar. Kainatın sonlu olub-olmadığını dəqiq bilməsək də, müşahidə edilə bilən kainat və ən uzaq qalaktikalar haqqında əldə olunan bilgilər bizi müəyyən istiqamətə yönəldir. Ancaq bu suala heç vaxt tam cavab verə bilməyəcəyimizi də qəbul etməliyik.

Qəti bildiyimiz yeganə fakt, müşahidə edə bildiyimiz kainatın sonlu olduğudur. İşıq sürəti məhdud olduğu və kainatın davamlı şəkildə genişləndiyi üçün yalnız müəyyən bir "üfüq" nöqtəsinə qədər görə bilirik. Böyük Partlayışdan bəri genişlənmə davam edir: qalaktikalar bir-birindən uzaqlaşır və aralarındakı məsafə artdıqca ayrılma sürəti də artır.

Kainatın genişlənməsini təsvir etmək üçün səthində nöqtələr olan bir şar təsəvvür etmək olar. Şarı şişirdikcə, hər nöqtə digər nöqtələrdən uzaqlaşır. Şar böyüdükcə, aralarındakı məsafə də artır. Bu bənzətmə məkanın necə gərildiyini və qalaktikaların bir-birindən necə ayrıldığını göstərir.

Bununla belə, kainatın formasının, kənarlarının olub-olmadığının və ya sonsuzadək uzanıb-uzanmadığının cavabı hələlik məlum deyil. Mövcud ölçmələr kosmik əyriliyin sıfıra yaxın olduğunu və məkanın düz olduğunu göstərir. Ancaq bu, kainatın disk formasına malik olduğu mənasına gəlmir. Kosmologiyada, düz bir kainatda yan-yana buraxılmış iki lazer şüası milyardlarla il sonra belə nə birləşər, nə də bir-birindən ayrılar.

Kainatın düz olması onun sonsuz və ya sonlu olduğu barədə qəti fikir vermir, lakin iki əsas ehtimalı göstərir. Əgər kainat sonsuz bir kağız səthi kimi düz uzanırsa, bu, həqiqətən sonsuz olduğunu göstərir. Lakin kainat torus (halqa) formasında da düz ola bilər ki, bu halda o, kənarsız olsa belə, yenə də sonlu bir quruluşa sahib olmuş olur.

Müşahidə etdiyimiz düz geometriya, həm sonlu, həm də kənarsız bir topologiya ehtimalını istisna etmir. Hazırkı müşahidə dəqiqliyi isə bu iki ssenarini bir-birindən ayırmaq üçün kifayət etmir.

Kozmik müşahidələrdəki böyük nailiyyətlərə baxmayaraq, kainatın sonsuzmu, yoxsa sadəcə inanılmaz dərəcədə böyükmü olduğunu müəyyənləşdirmək qabiliyyətimiz məhduddur. Teorik sahədə astrofizikçilər arasında da bu barədə vahid fikir yoxdur: bəziləri sonsuz kainat modelini, bəziləri isə qəribə topologiyaya malik sonlu modeli müdafiə edir. İşləri daha da mürəkkəbləşdirən çoxlu kainat nəzəriyyəsidir.

Biz kainatın yalnız kiçik bir hissəsini müşahidə edə bildiyimiz üçün bütün kainat haqqında verilən hər bir nəticə test olunması mümkün olmayan ekstrapolyasiyaya əsaslanır. Kainatı yenidən "işə sala" bilmirik, nə də kosmik ölçüdə nəzarətli təcrübələr aparmaq mümkündür. Bu isə üfüqümüzün o tərəfində nə olduğu, məkanın necə bağlandığı, kənarların mövcud olub-olmadığı, zamanın və məkanın sonsuzadək davam edib-etmədiyi kimi sualların cavabsız qala biləcəyini göstərir.

Son olaraq, kainat o qədər böyük ola bilər ki, sonlu olsa belə, onu sonsuzdan ayırmaq heç vaxt mümkün olmasın. Əgər müəyyən mənada sonsuzdursa, sərhəd haqqında heç bir iz də görə bilməyəcəyik. Hər iki halda, bu sual eksperimental imkanlarımızı üstələyir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 945   Tarix: 01 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib

İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə

20 sentyabr
.

Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs

20 sentyabr
.

İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb

İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. "Report" xəbər verir ki

19 sentyabr
.

Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı

Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli

20 sentyabr
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr
.

Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi

Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla

19 sentyabr
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

20 sentyabr
.

"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı

Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə

20 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr