Yeni ailə quran qohumlarını görməyə gedən qadınlar qəzaya düşdülər - Ölən var - Video - Yenilənib

Yeni ailə quran qohumlarını görməyə gedən qadınlar qəzaya düşdülər - Ölən var - Video - YenilənibDünən saat 12 radələrində Masallıda ağır yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, 1990-cı il təvəllüdlü Fərmudə Əlipənah qızı Hüseynovanın idarə etdiyi "Nissan Sunny" markalı avtomobil rayonun Həsənli kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü F. Hüseynova, avtomobildə olan sərnişinlər - Gülşən İsa qızı İsmayılova (1975), Nuriyə Rasim qızı Nuriyeva (1985) və Sevda İsa qızı Vəlişova (1961) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Lakin S. Vəlişova aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

*

Hadisənin təfərrüatı məlum olub.

Bildirilir ki, avtomobildə olan qadınlar yeni ailə həyatı quran yaxın qohumlarının evində keçirilən məclisə gedirmişlər.

Belə ki, 3 gün öncə Sevda Vəlişovanın qardaşı qızının toyu keçirilib. Dünən isə o, bacısı Gülşən, qardaşı qızı Nuriyə ilə birgə digər qardaşının gəlini Fərmudə Hüseynovanın avtomobili ilə Həsənli kəndindən Masallının digər kəndinə yola düşüblər. Lakin kəndin girişində Fərmudənin idarə etdiyi avtomobil asfalt yoldan çıxaraq aşıb.

Nəticədə yeni ailə həyatı qurmuş gəlinin bibisi S. Vəlişova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər bibisi və əmisi qızı isə ağır xəsarətlər alıb. Sürücü isə nisbətən yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.

*

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, dünən saat 13:10 radələrində Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (qadın) Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: "Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda pasiyentlərdən 3 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Onlardan 2 nəfərin vəziyyəti stabil, bir nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Göstərilən bütün reanimasiyon tədbirlərə və həkimlərin səylərinə baxmayaraq saat 14:40 radələrində 1961-ci il təvəllüdlü şəxsin bioloji ölüm faktı qeydə alınıb".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 726   Tarix: 02 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtobusda təcavüzə məruz qaldığını ərinə danışan qadın aldığı cavabdan yıxıldı - VİDEO

Avtobusda təcavüzə məruz qaldığını bildirən qadın yaşadığı hadisəni evə qayıtdıqdan sonra ərinə danışıb. Lakin dəstək gözlədiyi halda keçmiş ərinin onu günahlandıran reaksiyası ilə qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, qadın yaşadığı hadisəni keçmiş ərinə danışıb. Lakin əri ona dəstə

11 sentyabr
.

Sahildə gənc qızın fotosunu çəkən kişi tutulanda görün nə dedi - VİDEO - VİDEO

Türkiyənin Balıkesir şəhərinin Edremit rayonuna bağlı Altınoluk qəsəbəsində sahildə diqqətçəkən hadisə yaşanıb. Gənc qız bir şəxsin onu gizli şəkildə foto və videoya çəkdiyini iddia edərək həmin şəxslə üzləşib. xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı gənc qız həmin şəxsin telefonla on

9 sentyabr
.

Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"

Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə

10 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

ŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq

Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər

19 sentyabr
.

Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO

Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib

11 sentyabr
.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli

13 sentyabr
.

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin

11 sentyabr
.

Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Sumqayıtda arvadını küçənin ortasında öldürməkdə ittiham olunan Habil Bağırovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Habil məhkəmədə özünü təqsirli bilib, arvadı Aygünü öldürdüyün

19 sentyabr