Padvaldan gələn səsləri oğru zənn edirdi, uzun müddətdir orda yaşayan ayı imiş!
ABŞ-ın Kaliforniya ştatında yaşayan bir ev sahibi padvaldan gələn qəribə səsləri oğru sanıb və təhlükəsizlik kamerası quraşdırıb və görüntüləri izləyərkən inanılmaz mənzərə ilə qarşılaşıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniyanın Altadena şəhərində yaşayan Kennet Conson əvvəlcə həyətindəki kərpiclərin yerindən oynadığını və zibil qutularının aşdığını görüb. Şübhələndikdən sonra padvala hərəkət sensorlu kameralar quraşdıran Conson, gözlənilməz sürprizlə üzləşib: həftələrdir evin altında icazəsiz yaşayan "qonaq" — təxminən 200 kilo ağırlığında nəhəng bir ayı imiş.
Kameralar ayının cəmi 75 santimetrlik dar bir yerdən içəri girib-çıxdığını, gecələr padvalda yatdığını, gündüz isə yemək axtarmaq üçün çölə çıxdığını göstərib. Görüntülər həmçinin ayının zibil qutularını qarışdırdığını və kərpicləri sökərək yerindən tərpətdiyini ortaya qoyub.
Conson bildirib ki, 2025-ci ilin iyunundan etibarən padvalın altındakı boşluğun dağılmağa başladığını görsə də, buna nə səbəb olduğunu bir müddət anlamayıb. O, "Bölgədə tez-tez vəhşi heyvan görürəm, amma evimin altında ayı olacağını heç vaxt düşünməzdim," — deyə bildirib.
Ev sahibi məsələ ilə bağlı Kaliforniya Balıq və Vəhşi Təbiət Departamentinə müraciət etsə də, hələlik dəqiq cavab almadığını söyləyib. O, ayının sakitləşdirilərək başqa yerə aparılmasını ümid edir. Hələlik isə vəziyyəti özü həll etməyə çalışır: ayını şirniyyatlarla çölə çıxarmaq və sonra boşluğu bibər qazı sürtülmüş qum torbaları ilə bağlamaq istəyir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 925 Tarix: 03 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"
Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə
10 sentyabrCəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabrŞəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib
11 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrAğdərədə atlı minaya düşüb, xəsarət alıb
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin
11 sentyabr