Marsda saat Yerdən sürətli işləyir
ABŞ-nin Milli Standartlar və Texnologiyalar İnstitutunun fizikləri ilk dəfə olaraq Marsda saatların Yerlə müqayisədə nə qədər sürətlə işlədiyini hesablayıblar.
"Qafqazinfo" xəbər verir ki, "The Astronomical Journal"da dərc olunan araşdırmaya görə, Mars sutkası Yer vaxtından təxminən 477 mikrosaniyə irəlidədir.
Qeyd olunub ki, bu, orta göstəricidir, lakin planetin orbiti və səma cisimlərinin təsiri səbəbindən Mars ili ərzində bu fərq ±226 mikrosaniyə dəyişə bilər. Belə ki, Eynşteynin nisbilik nəzəriyyəsinə əsasən, zamanın axışı qravitasiya və obyektin sürətindən asılıdır. Qırmızı planetdə cazibə qüvvəsi Yerdəkindən demək olar ki, üç dəfə az olduğundan, orada yerli vaxt "sürətlənir".
Alimlər qeyd edirlər ki, saatların sabit olaraq 56 mikrosaniyə sürətli işlədiyi Aydan fərqli olaraq, Marsda gündəlik əhəmiyyətli tərəddüdlər müşahidə olunur. Yarım millisaniyədən az olan bu fərq cüzi görünsə də, rabitə və naviqasiya üçün olduqca kritikdir. Müasir 5G şəbəkələri 0,1 mikrosaniyə dəqiqlik tələb edir, planetlərarası əlaqə üçün isə daha ciddi standartlar lazımdır.
Mütəxəssislər əmindirlər ki, bu hesablamalar gələcəkdə təkcə Yer üçün deyil, Ay, Mars və digər planetlər üçün vahid standart rolunu oynayacaq "Günəş" zaman sisteminin əsasını təşkil edəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 702 Tarix: 03 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrAta oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrBu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrRusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider
20 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabr