İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən qonaq ilk növbədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin salamlarını dövlətimizin başçısına çatdırıb.

Lord Vernon Koaker ölkələrimiz arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Kir Starmerin COP29-da iştirakını və onunla görüşünü məmnunluqla xatırlayıb.

İkitərəfli münasibətlərimizin zəngin tarixinin olduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu deyib. Dövlətimizin başçısı hazırda ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik edib.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, bütün bunların tarixi əhəmiyyət daşıdığını vurğulayıb və bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi roluna toxunub. Dövlətimizin başçısı sülh gündəliyinin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyib və onun irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edibİlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 481   Tarix: 04 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiq edildi

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında "Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru - Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması"

10 sentyabr
.

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

İsveçin Gevle şəhərində keçiriləcək bələdiyyə seçkilərində ən yaşlı və ən gənc namizəd diqqət çəkib. İsveçin SVT telekanalına istinadən xəbər verir ki, "Yaşıllar" Partiyasının 95 yaşlı nümayəndəsi Ken Kubulenso və "Mötədillər"dən namizəd olan 18 yaşlı Rihad Ələkbərov Gevle bələdiyy

7 sentyabr
.

Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır

Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. "Report" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Kəlbəcər rayonunda İkinci Ba

12 sentyabr
.

Bişkekdə başlayan "İstisu" ənənəsi Kəlbəcərdə diplomatik səviyyədə yaşadılıb - VİDEO

Azərbaycan və İran dövlət başçılarının Bişkekdə "İstisu" mineral suyundan içməsi ilə yaranan gözəl ənənə bu dəfə Kəlbəcər rayonundakı "İstisu" zavodunda davamını tapıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmə

12 sentyabr
.

Prezident bu ölkələrə yeni səfirlər təyin etdi

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanı

4 sentyabr
.

İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncamla 2008-ci ildə doğulmu

2 sentyabr
.

Prezident Melonini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısı "X" hesabında paylaşım edib. "İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində olan Corcia Melonini səmimi-qəlbdə

4 sentyabr
.

Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə "Report"a Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib. Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəni

11 sentyabr
.

Azərbaycan və Çin enerji sektorunda əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Çin arasında enerji sektorunun müxtəlif sahələrində, o cümlədən emal və neft-kimya, istehsal müəssisələrinin modernləşdirilməsi, həmçinin yaşıl enerji layihələrinin inkişafı, innovasiya və rəqəmsallaşma üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. bu barədə Azərbaycan Dövlət Neft Şirkətin

10 sentyabr