Epşteynin kabus adasından ilk - Fotolar
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Demokrat üzvləri onlarla azyaşlı qızın istismar edildiyi şəbəkə ilə bağlı ittiham olunan Ceffri Epşteynin şəxsi adası "Little Saint James"dən əvvəllər yayımlanmamış foto və videolar paylaşıblar.
"Qafqazinfo" xəbər verir ki, demokrat nümayəndə Robert Qarsiya görüntüləri komitənin "X" hesabında paylaşaraq yazıb:
"Epşteynin xüsusi adasının əvvəllər heç vaxt görünməmiş foto və videolarını əldə etdik. Bu görüntülər onun qapalı qapıları arxasında baş verən dəhşətli mənzərəni göstərir. Özünüz görün. Ört-bas əməliyyatına son verib sağ qalanlar üçün ədaləti təmin edənə qədər mübarizəmizi dayandırmayacağıq".
Paylaşılan videolarda yataq otağı və vanna otağı hissələri, stomatoloji klinikadakı kreslo və müxtəlif ofis etiketləri (məsələn, "NY Office", "Rich Office", "Mike Cell") yer alır.
Epşteynin adası ABŞ Vircin adalarında yerləşir, "Little Saint James" və "Great Saint James" adlarından ibarətdir. "Little Saint James" 1998-2019-cu illərdə Epşteynin mülkiyyətində olub. Yerli əhali arasında adaya "Epstein adası", "Günah adası" və "Pedofil adası" kimi adlar verilib.
Epşteyn adada siyasətçilər və iş adamları da daxil olmaqla, çoxsaylı qonaqları qəbul edib. Dava sənədlərində Şahzadə Endryu, ABŞ-nin keçmiş prezidenti Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-nin keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild və vəkil Alan Dershovitz kimi tanınmış şəxslərin adı çəkilir.
Uzun müddətdir gözlənilən Epşteyn sənədlərinin açıqlanmasına dair qanun layihəsi Konqresin hər iki palatasında qəbul olunub. ABŞ Baş prokuroru Pam Bondi 19 noyabrda sənədlərin 30 gün ərzində açıqlanacağını elan edib, ABŞ Prezidenti Donald Tramp isə layihəni təsdiqləyib.
Ən kiçiyi 14 yaşında olmaqla, 18 yaşından kiçik onlarla qızı cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkun Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) ABŞ Ədliyyə Nazirliyi ilə apardığı araşdırmada məşhur şəxslərin "müştəri siyahısı"na dair heç bir dəlil tapmadığını açıqlayıb. Məhkəmədə hökumət rəsmilərinin, məşhurların və iş adamlarının cinayətlərində iştirakının gizlədilməsi məqsədilə öldürüldüyü iddia edilən Epşteynin, əslində, kamerasında intihar etdiyi qənaətinə gəlinib.










Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 715 Tarix: 04 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrRusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider
20 sentyabrQrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabr