Marketdən 12 araba oğurlamışdı - "İş başında" saxlanıldı

Marketdən 12 araba oğurlamışdı - "İş başında" saxlanıldıMühafizə polisi 12 ədəd market arabası oğurlayan şəxsi saxlayıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu Zığ yolu küçəsində yerləşən marketlərin birindən müştərilərin alış-veriş zamanı istifadə etdikləri arabaların sayının günbəgün azalması mağaza rəhbərliyini narahat etməyə başlayıb. Arabaların oğurlandığı qənaətinə gələn mağaza sahibi obyektin mühafizə polisi tərəfindən qorunması üçün Xətai Rayon Mühafizə İdarəsinə müraciət edib.

İki gün əvvəl axşam saatlarında məhz həmin obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

Mühafizə polislərinin çevikliyi sayəsində marketdən növbəti dəfə araba oğurlayan E.Qafarov elə "iş başında" saxlanılıb. Araşdırma zamanı onun ayrı-ayrı vaxtlarda həmin obyektdən 12 ədəd market arabası oğurladığı məlum olub.

Araşdırmalar davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 456   Tarix: 04 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Torpaq zəbt edənlərə XƏBƏRDARLIQ

Sənədsiz tikinti faktı aşkar edildikdə məsələ qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilir və mərhələli tədbirlər görülür. Bu barədə məlumat -in sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib. Xidmətin məlumatına görə, torpaq sahələrinin zəbt edilməsi və qanunazidd istifadəs

19 mart
.

Qaradağ RİH-də iclas - məmurlara xəbərdarlıq edildi

Qaradağ Rayon İcra Hakimiyyətində rayonun qəsəbə nümayəndələrinin kommunal xidmət sahələri və aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib. Müşavirədə rayon ərazisində mövcud vəziyyət, o cümlədən təmizlik, abadlıq, tikinti və inzibati nəzarət sahələrindəki problemlər müzakir

19 mart
.

Beynəlxalq Novruz Günüdür

Bu gün Beynəlxalq Novruz Günüdür. "Qafqazinfo" xəbər verir ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. "Yeni gün" mənası verən Novru

21 mart
.

Bayram günlərinin hava proqnozu açıqlandı

Bayram günlərində - martın 20-22-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludl

19 mart
.

Bakı metrosunda yeni QADAĞA

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 1 aprel tarixindən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir. Bildirilib ki, qaydaya əməl etməyən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar. "Unutmayın ki, qaydala

21 mart
.

Ailə institutu niyə zəifləyir? - AÇIQLAMA

Müasir cəmiyyətin sürətlə dəyişməsi ailə institutuna da təsirsiz ötüşmür. Əvvəllər xüsusi dəyər olaraq qəbul edilən ailə indi daha keçici bir quruma çevrilməkdədir. Bu dəyişikliklərin səbəblərini anlamaq, həm fərdi, həm də sosial səviyyədə ailə anlayışının gələcəyini dəyərləndirmək üçün vacibdir. Bə

19 mart
.

Azərbaycanda itkin düşən 14 nəfər tapılıb

Ötən gün itkin düşən 14 nəfər tapılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyət

20 mart
.

"Bakcell" rouminqi ilə Novruz tətilində dünyanı kəşf edin!

İnnovasiya lideri "Bakcell" Novruz tətilində xaricə səfər edən abunəçilər üçün rouminq xidmətini təqdim edir. "Bakcell"in müştəriləri xaricdə olduqları müddətdə də rahat və fasiləsiz ünsiyyət üçün müxtəlif rouminq paketlərindən yararlana bilərlər. Səfərlər zamanı abunəçilərin üstünlü

19 mart
.

Kamran Əliyevə ağır itki

Azərbaycanın Baş prokuroru Kamran Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, Kamran Əliyevin anası Flora Əliyeva bu gün 79 yaşında vəfat edib. Mərhum Gəncə şəhərində dəfn ediləcək. Allah rəhmət eləsin!

20 mart