"Beynimiz milyon illərdir "pis ola bilər" siqnalını "yaxşı olar" siqnalından daha prioritet hesab edib" - AÇIQLAMA

"Beynimiz milyon illərdir "pis ola bilər" siqnalını "yaxşı olar" siqnalından daha prioritet hesab edib" - AÇIQLAMA"İnsan beyninin mənfi düşüncələrə daha həssas yanaşması faktı yeni bilinən bir şey deyil. Təkamül psixologiyası bucağından baxsaq da bu tam anlaşılan məsələdir. Qədim insan kol dibindən gələn xışıltının meymun yox, pələng olma ehtimalına qarşı həssas olmalı idi ki, sağ qala bilsin. Ona görə beynimiz milyon illərdir "pis ola bilər" siqnalını "yaxşı olar" siqnalından daha prioritet hesab edib. Müasir insan isə təhlükəni mütləq reallıqda yox, həm də informasiyada axtarır. Artıq xəbər lentimizdə də "pələng" axtarmağa, görməyə daha meyilliyik".

Bu sözləri Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.

"Beynimiz milyon illərdir "pis ola bilər" siqnalını "yaxşı olar" siqnalından daha prioritet hesab edib" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, sosial aspektdən baxanda isə problem daha dərindir:

"Ziqmund Baumanın "axıcı müasirlik" (fluid modernity) konseptinə görə, həyat o qədər dəyişkən və qeyri-sabitdir ki, insanlar riskləri idarə edə bilmirlər və nəticədə narahatlıq bir növ sosial norma halına gəlir. Əvvəllər insanı ailə, qohumluq, icma kimi sabit strukturlar qoruyurdusa, indi fərd təkdir və özü öz dərdinə çarə tapmaq məcburiyyətindədir. Təbii ki, belə şəraitdə beyin müsbətə deyil, təhlükəyə fokuslanır. Çünki təhlükə daha real görünür.

Nəticə baxımından, mənfi fikirlərin daha qalıcı olması sosial münasibətləri zədələyə bilir. İnsan özündə daşıdığı narahatlığı çevrəsinə də ötürür və nəticədə cəmiyyətdə neqativ bir domino effekti yaranır. Yəni fərdi narahatlıq tədricən sosial narahatlığa çevrilir.

Təəssüf ki, bu problem təkcə psixoloji mexanizmin nəticəsi deyil, müasir dünyanın quruluşu da mənfiliyi sistemli şəkildə qidalandırır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 602   Tarix: 04 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tətildən sonrakı ilk dərs günün vaxtı açıqlandı

Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən ümumi təhsil müəssisələrində tətil başlayır. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, istirahət günlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrind

19 mart
.

Yaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?

"Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər". xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin bayram günləri ilə əlaqədar əhaliyə müraciətində bildirilib. Qeyd olunub ki, b

19 mart
.

Sabahın hava proqnozu

Martın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duma

19 mart
.

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, martın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

20 mart
.

Kəlbəcər sakini: Ən böyük xəyalım evimi görmək idi (VİDEO)

Əliyevlər ailəsi Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsində məskunlaşıblar. Onlar 35 illik ayrılıqdan sonra öz doğma yurdlarına qayıdıblar. Baku TV Əliyevlər ailəsinin qonağı olub, onların təəssüratını öyrənib. Doğma yurda qayıtmağın sevincini yaşayan sakin Rasim Əliyev bildirib ki, illərdir b

20 mart
.

Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir. -ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası "Yeni gün"dür. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sır

20 mart
.

QMİ sədri: "Raketlər sussun, qələmlər danışsın"

Allahşükür Paşazadə Yaxın Şərqdə və regionda baş verən gərginliyə münasibət bildirib. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlama verib. O bildirib ki, duaları tərəflərin razılığa gəlməsi yönündədir:. "Raketlər

20 mart
.

Təzəpir məscidində bayram namazı qılındı (FOTO)

Təzəpir məscidində Ramazan bayramı namazı qılınıb. "Report" xəbər verir ki, bayram namazı 09:00-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb. Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət

20 mart
.

Nazirə müavin təyin edildi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müavin təyin olunub. -ın əldə etdiyi məlumata görə, Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. O, bu təyinatadək nazir müşaviri olub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi APA-Economics-ə təyinatı təsdiqləyib

20 mart