Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsi tikiləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sonxeber.az President.az-a istinadən xəbər verir ki, sərəncamla 2026-2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin ediləcək.
Qeyd edilib ki, əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb.
Ölkənin dinamik inkişafı və əmək bazarının dəyişən tələbləri əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla yanaşı, bu tələbatın ödənilməsinə imkan verən müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılmasını zəruri edir.
Müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılması peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisini artırmaqla müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır