AZAL uşaqlar üçün kitab nəşr etdirdi - Fotolar

AZAL uşaqlar üçün kitab nəşr etdirdi - FotolarAZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) balaca sərnişinləri üçün daha bir xoş yenilik təqdim edib.

Sonxeber.az xəbər verir ki, uşaqlar üçün hazırlanmış rəngarəng və ilhamverici "Arzulardakı mavi təyyarə" ("Blue Plane Dreams") kitabı nəşr olunub.

Kitab AZAL-ın sifarişi ilə "TEAS Press" Nəşriyyat Evi tərəfindən hazırlanıb. Kitabın nəşr olunması 7 dekabr - Beynəlxalq Mülki Aviasiya Gününə həsr edilib.

Azərbaycan və ingilis dillərində çap edilən kitab AZAL-ın kiçik sərnişinlərinə uçuşlar zamanı hədiyyə olunacaq.

Təqdimat mərasimində çıxış edən AZAL-ın vitse-prezidenti İlham Əmirov layihənin gələcək mülki aviasiya kadrlarının formalaşmasında əhəmiyyətli rol oynayacağını qeyd edib.

Kitabın müəllifi uşaqların sevimli yazıçısı Mürşüd İsmayılzadədir. Hekayənin mərkəzində səkkizyaşlı Azər dayanır. Uzun illər AZAL-da pilot kimi çalışmış babası ona ad günündə xüsusi hədiyyə verir. Bu hədiyyə nəsilləri birləşdirən, peşəyə sevgini simvolizə edən və Azərin arzusuna doğru ilk addımına təkan verən təyyarə modelidir. Azərin böyük qardaşı Milli Aviasiya Akademiyasının tələbəsi Murad modeli yığmaqda ona kömək edir.

Kitabda həmçinin təyyarələrin necə işlədiyini izah edən və ümumilikdə aviasiya haqqında maraqlı faktlar yer alır. Uşaqlar kitab sayəsində öyrənəcəklər ki, təyyarələrin quruluşu quşlardan, ultrasəs dalğalarını əks etdirməsi yarasalardan və quyruq hissəsinin konstruksiyası isə balıqlardan ilhamlanaraq hazırlanıb.

Azər üçün həmin il xüsusi əhəmiyyət daşıyır: o, çox istədiyi hədiyyəni almaqla yanaşı, ilk dəfə səyahətə çıxır. Bakıdan Qarabağa uçuş onda unudulmaz təəssüratlar yaradır və gələcəkdə pilot olmaq arzusunu daha da möhkəmləndirir.

"Arzulardakı mavi təyyarə" layihəsi AZAL-ın uşaqlar arasında aviasiyaya marağı artırmaq, onları maarifləndirmək və gələcək nəsil üçün yeni imkanlar yaratmaq məqsədi daşıyan təşəbbüslərinin tərkib hissəsidir.
AZAL uşaqlar üçün kitab nəşr etdirdi - FotolarAZAL uşaqlar üçün kitab nəşr etdirdi - FotolarAZAL uşaqlar üçün kitab nəşr etdirdi - FotolarAZAL uşaqlar üçün kitab nəşr etdirdi - FotolarAZAL uşaqlar üçün kitab nəşr etdirdi - FotolarAZAL uşaqlar üçün kitab nəşr etdirdi - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 443   Tarix: 08 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu

Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı

20 sentyabr
.

Azərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

19 sentyabr
.

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər

19 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda 30 illik separatizmə son qoyan tarixi dönüş

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Cəmi 23 saat 50 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində Azərbaycanın öz ərazisində uzun illər mövcud olmu

19 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr