"Ramiz Mehdiyevin Əli Kərimli ilə siyasi koordinasiyası Azərbaycan siyasətində köhnə üsulların yenidən canlandırılması cəhdidir" - DEPUTAT

"Ramiz Mehdiyevin Əli Kərimli ilə siyasi koordinasiyası Azərbaycan siyasətində köhnə üsulların yenidən canlandırılması cəhdidir" - DEPUTAT"Ramiz Mehdiyevin Əli Kərimli ilə siyasi koordinasiyası Azərbaycan siyasətində köhnə üsulların yenidən canlandırılması cəhdidir. Hər ikisinin yaxınlaşması dövlətimiz üçün açıq şəkildə təhlükədir. Çünki bu ittifaq milli maraqlara və inkişafına deyil, şəxsi və qrup maraqlarına xidmət etmək üçün qurulub".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.

O, açıqlamasında qeyd edib ki, Uzun illər ərzində xarici anti-Azərbaycan qüvvələrinin əlində oyuncaq olan və onlar tərəfindən idarə edilən Əli Kərimli və onunla eyni mənsəbə qulluq edən digər "milli" satqınlar son beş ildə Azərbaycanın əldə etdiyi böyük tarixi qələbələrə kölgə salmaq və xarici mərkəzlərin bu yöndə apardığı fəaliyyətlərə dəstək vermək üçün çalışıblar:

"Onların əsl siması Azərbaycan cəmiyyətinə məlumdur. Cəmiyyətdən heç bir dəstək görməyən Əli Kərimli bütün ümidini indiyə qədər onu bəsləyən xarici anti-Azərbaycan qüvvələrinə bağlayıb. Əli Kərimlinin evində axtarış aparılması, Rusiyaya yazılan məktubun və həmin müraciətin ortaya çıxması artıq adi haldır. Bu hadisə dəfələrlə təkrarlanıb. Ramiz Mehdiyevin "5-ci kolonu" Azərbaycanda hər zaman ölkənin inkişafına mane olan bir qüvvə olub.

Bir zamanlar hakimiyyətin tərəfdarlarından olan, prezident seçkilərində cənab İlham Əliyevi müdafiə edən, onun haqqında uzun çıxışlar edən Gültəkin Hacıbəyli birdən-birə müxalifət olmaq qərarına gəldi. Bu sualın cavabı da Ramiz Mehdiyev işində bizə məlum oldu. Bir daha əmin olduq ki, özünü xalq fədailəri kimi göstərənlər əslində ancaq öz mənfəətlərini güdürmüşlər.

Ramiz Mehdiyev vəzifədə olduğu müddətdə AXCP və "Milli Şura" hər 3 aydan bir mitinq, aksiya təşkil edirdi. Lakin 2019-cu ildə Ramiz Mehdiyev vəzifəsindən azad olunduqdan sonra AXCP və "Milli Şura" bir dəfə də olsun nə mitinq, nə də aksiya keçirmədi. Eyni zamanda, Əli Kərimli heç zaman hər hansı bir çıxışında birbaşa Ramiz Mehdiyevi tənqid etməyib. Ramiz Mehdiyev Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, eyni zamanda şər-böhtan yayan mühacir mətbuatı ilə birlikdə Azərbaycana qarşı hər zaman təxribat aparsa da, heç zaman uğur qazanmağa nail ola bilməyib. Çünki xalq onlara inanmır və həqiqəti görür".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 883   Tarix: 08 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr