Luvr Muzeyinə su sızdı: Təxminən 400 nadir kitab zərər gördü

Luvr Muzeyinə su sızdı: Təxminən 400 nadir kitab zərər gördüFransanın paytaxtı Parisdə yerləşən dünyaca məşhur Luvr Muzeyi bu dəfə baxımsızlıq qalmaqalı ilə gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, uzun illərdir problemi olduğu bilinən su xəttində baş verən sızma nəticəsində muzeyin Misir antik əsərləri bölməsinə aid kitabxanasında təxminən 400 nadir kitab zərər görüb.

Luvr Muzeyinin baş direktor müavini Fransis Ştaynbok bildirib ki, sızma kitabxananın üç otağından birini əhatə edib və həmin bölmədə 300-400 arasında nadir əsər saxlanılır. O, araşdırmaların davam etdiyini deyərək, zərər görən kitabların arasında "çox qiymətli" nümunələrin olmadığını iddia edib.

Lakin muzey əməkdaşları və ekspertlər uzun müddətdir məlum olan texniki problemlərin hələ də həll edilməməsinə sərt reaksiya veriblər. Ştaynbokun təmir və bərpa işlərinin yalnız 2026-cı ilin sentyabrında planlaşdırıldığını etiraf etməsi narazılığı daha da artırıb.

Hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35 min əsərin sərgiləndiyi Luvr Muzeyində 19 oktyabrda da səs-küylü oğurluq hadisəsi baş vermişdi. Səhər saatlarında muzeyin xaricindəki yük maşınının liftindən istifadə edən kimliyi müəyyən edilməmiş 4 nəfər bir pəncərəni sındıraraq Krallıq zinət əşyalarının sərgiləndiyi "Apollo Qalereyası"na daxil olmuşdu. Oğrular ümumi dəyəri 88 milyon avro olan 9 ədəd zinət əşyasını götürmüş, qaçarkən III Napoleonun həyat yoldaşı İmperatriçə Eugeniyə məxsus tacı yerə salmışdılar. Tac zədələnmiş halda muzeyin yaxınlığında tapılmışdı.

Cəmi 7 dəqiqə davam edən oğurluqdan sonra şübhəlilər motosikletlərlə hadisə yerindən uzaqlaşmışdı. Hadisənin ardınca muzey təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanmış və araşdırmalar tamamlandıqdan sonra 3 gün sonra yenidən ziyarətçilər üçün açılmışdı. Polis hadisə ilə bağlı 4 nəfəri saxlamışdı.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 660   Tarix: 08 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib

Avstraliyada köpəkbalığının üzgüçüyə ölümlə nəticələnən hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq. "Report" BBC-yə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər

20 sentyabr
.

İrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"

"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb

19 sentyabr
.

Bolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi

Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav

19 sentyabr
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr
.

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki

20 sentyabr
.

Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir

İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu

20 sentyabr
.

Ata oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı

Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə

20 sentyabr
.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr
.

Donald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?

ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə

19 sentyabr