"Biz gələcək illərdə Slovakiya ilə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaq niyyətindəyik" - DEPUTAT

"Biz gələcək illərdə Slovakiya ilə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaq niyyətindəyik" - DEPUTATPrezident İlham Əliyevin Slovakiya səfəri zamanı mətbuata verdiyi bəyanat bir daha Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələr və strateji tərəfdaş olduğunu sübut edir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki,keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar:

"Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük. Bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər.

Bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək.
Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.
Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur. Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarımız genişdir. Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq. Düz bir ay əvvəl - noyabrın 8-də biz azadlıq müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etmişdik və fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirini görmək xüsusi məmnunluq yaratmışdır. Buna görə biz Slovakiya dövlətinə və hökumətinə minnətdarıq. Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıraq".

Deputat vurğulayıb ki, Slovakiyanın uğurlu inkişafı bizi çox məmnun edir:

"Ölkənizdə sabitlik, iqtisadi inkişaf hökm sürür. Slovakiya çox güclü sənaye potensialına malikdir. Xüsusilə Sizə rəğbət qazandıran odur ki, Slovakiya müstəqil xarici siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə də üzləşirsiniz. Ancaq bu, Sizi yolunuzdan döndərmir və bizim bölgəmizdə Sizin ölkənizə və rəhbərliyə çox böyük hörmət mövcuddur. Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.

Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik.
Hesab edirəm ki, biz Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni də diqqətdən kənarda qoymamalıyıq. Çünki bunun çox böyük potensialı vardır. Azərbaycanda kifayət qədər böyük enerji potensialı var.
Eyni zamanda, bu gün biz informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında danışmışıq. Burada Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 443   Tarix: 10 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda 30 illik separatizmə son qoyan tarixi dönüş

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Cəmi 23 saat 50 dəqiqə davam edən hərbi əməliyyat nəticəsində Azərbaycanın öz ərazisində uzun illər mövcud olmu

19 sentyabr
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

19 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

Qarabağda separatizmin sonu: 23 saatlıq antiterror tədbirindən Şahramanyanın "özünü buraxma" fərmanına qədər

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin üç onillik tarixində ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi bir sutkadan az müddətdə yeni hərbi-siyasi reallıq yaratdı. Sentyabrın 20-də separatçı silahlı birləşmələrin atəşi

19 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib

19 sentyabr
.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr