"Bu amillər 90 km/saat kimi orta sürət həddində belə qəza riskini artırır" - AÇIQLAMA
"Soyuq havalar yaxınlaşdıqca ölkənin müxtəlif bölgələrində ağır yol-nəqliyyat hadisələrinin sayı nəzərəçarpacaq dərəcədə artır. Temperaturun enməsi, yolların sürüşkənləşməsi, dumanlı hava şəraiti və sürücülərin bu dəyişikliklərə vaxtında uyğunlaşmaması qəzaların sayının artmasına səbəb olur. Son günlərdə baş verən yol qəzaları bir neçə ailəni matəmə bürüyüb, bir neçə evdə ocaqlar sönüb. Hər dəfə belə xəbərləri eşidəndə cəmiyyət dərin sarsıntı keçirir. Allahdan dünyasını dəyişənlərin ailələrinə səbr diləyirəm. Valideynsiz, xüsusilə atasız qalan azyaşlıların gələcəkdə hansı çətinliklərlə qarşılaşacağını düşünmək belə insanı sarsıdır. Bu hadisələr bir daha göstərir ki, yol təhlükəsizliyi ölkədə ən vacib və həssas məsələlərdən biri olaraq qalır".
Bunu Sonxeber.az-a nəqliyyat eksperti Aslan Əsədov danışıb.
O, açıqlamasında qeyd edib ki, təhlil göstərir ki, baş verən qəzaların səbəbləri yalnız sürət həddinin aşılması ilə məhdudlaşmır:
"Aşağıdakı amillər 90 km/saat kimi orta sürət həddində belə qəza riskini artırır:
1. İdarəetmənin itirilməsi.
2. Ara məsafəsinin düzgün seçilməməsi.
3. Nəqliyyat vasitəsini idarə etmə bacarığının zəif olması - əlin rula "yatmaması".
4. Yola çıxarkən vaxtın düzgün seçilməməsi.
5. Yol infrastrukturu ilə kifayət qədər tanış olmamaq.
6. Yol infrastrukturunda əks etdirici elementlərin çatışmazlığı - məsələn, körpü və yol kənarlarının reflektorlarla təmin edilməməsi.
Sürət həddinə əməl olunsa belə, bu amillər nəzərə alınmadıqda qəzalar qaçılmazdır. Həm sürücülərin məsuliyyəti, həm də yol infrastrukturunun təkmilləşdirilməsi eyni vaxtda gücləndirilməlidir. Hər bir qurum və hər bir sürücü üzərinə düşən öhdəliyi yerinə yetirdiyi halda, faciələrin qarşısını almaq mümkündür. Yol yalnız o zaman təhlükəsiz olur ki, həm qaydalar gözlənilir, həm də şərait buna imkan verir".
Vüsalə İbarhimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır