Bakıda 8 şagird saqqızdan zəhərlənib? - Yenilənib

Bakıda 8 şagird saqqızdan zəhərlənib? - YenilənibBu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.

"Qafqazinfo" "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi prosedurlara cəlb olunub. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

*

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 5 nəfər (oğlan) Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına, 3 nəfər (oğlan) isə Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunub.

*

Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ agentliyin regional bölməsi tərəfindən nəzarətə götürülüb, müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.

Nəticəsi barədə məlumat veriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 681   Tarix: 11 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boşanma davası açdığı həyat yoldaşından gələn mesaj qadını şoka saldı - FOTO

Boşanma mərhələsində olan qadın, həyat yoldaşına qarşı məhkəmə iddiası qaldırdıqdan sonra aldığı mesajla böyük şok yaşayıb. Qadın həmin yazışmanı sosial şəbəkədə "həyat yoldaşımın mənə son iftirası" qeydi ilə paylaşıb. türk mediasına istinadən xəbər verir ki, paylaşılan mesajda kişinin həya

6 may
.

Sumqayıt stadionunda faciəvi hadisə

Sumqayıt şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən stadiondan meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 6-sı saat 09 radələrində qeydə alınıb. Stadiondakı idman zalından oranın inzibatçısı Zəngilan rayon sakini 199-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşka

7 may
.

Qlobal aviasiyada böhran dərinləşir: uçuşlar azalır, biletlər bahalaşır

"Financial Times" yazır ki, İranda baş verən münaqişə fonunda artan yanacaq qiymətləri qlobal aviasiya sektoruna ciddi təsir göstərib. Məlumata görə, təyyarə yanacağının qiymətində ikiqat artım qeydə alınıb ki, bu da birbaşa olaraq aviabiletlərin bahalaşmasına səbəb olub. Nəticədə həm sərnişi

6 may
.

Bir aydır bağlı olan yoldakı 2 metrlik çuxur nə vaxt təmir olunacaq?

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Xaçmazın İstisu qəsəbəsindən keçən yoldakı çuxura avtomobil düşüb. "Qafqazinfo" xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Minik avtomobilini iki metrədək dərinliyi olan çuxurdan çıxarmaq üçün əraziyə texnika cəl

6 may
.

Bağçada tərbiyəçi uşaqlara kobudluq etdi, işdən çıxarıldı - Video

Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb. "Qafqazinfo"nun məlumatına görə, Baku TV-yə danışan valideynlərdən biri - Əbabil Nağıyeva bildirib ki

7 may
.

Reseptini özü kəşf etdi, 29 ildir eyni ədviyyatı satır

Türkiyənin Samsun şəhərində fəaliyyət göstərən bir ədviyyatçının illər əvvəl hazırladığı xüsusi ədviyyat qarışımı bu gün də böyük maraq görür. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, ədviyyatçı 3 illik uzun sınaq və araşdırmalardan sonra 29 müxtəlif məhsulun qarışığından ibarət resept

6 may
.

Baytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı

Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatlarının satışa çıxarıldığ

6 may
.

"Ağıl və ürək dilemması daxili qarışıqlığın əlamətidir" - PSİXOLOQ

Ətrafımızsan, sosial şəbəklərdən izlədiyimiz və gördüyümüz qədəri ilə bir çox münasibətlərdə ciddi bir problem yaşandıqdan sonra tərəflər münasibəti sorğulamağa başlayır və ağıl ilə ürək arasında qalaraq qərar verməkdə çətinlik çəkirlər. Bəs, belə hallarda daha sağlam və düzgün qərar vermək üçün psixoloj

6 may
.

Sabah 22 dərəcə isti olacaq

Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərind

7 may