Operada yaş qalmaqalı: "Leyli"dən narazılara cavab
Xalq artisti Mənsum İbrahimov və Nəzakət Teymurovanın "Leyli və Məcnun" tamaşasında baş rol alması yenidən sosial şəbəkə izləyiciləri tərəfindən narazılıqla qarşılanıb. İzləyicilər adıgedən obrazın hər iki sənətkarın yaşına uyğun gəlmədiyini bildirib.
Tamaşa 2026-cı ilin yanvar ayının 12-də oynanılacaq. Hafiz Quliyevin quruluşunda olan bu tamaşa Heydər Əliyev Sarayında baş tutacaq.
Bəs, bu iradlara həmin obrazı yaradacaq sənətkarların özü nə deyir?
Xalq artisti Nəzakət Teymurova Qaynarinfo-ya açıqlamasında bu təbliğatın arxasında müəyyən insanların olduğunu bildirib:
"Tamaşanı 12 yanvarda oynayacağıq. Hər kəsi gözləyirik. Əsas forma və səsdir. Səsiniz yerindədir, oynaya bilərik. Biz neynəyə bilərik, indiki gənclərimiz oxumaqdan qaçır. Ona görə də bu yaşda oxuyanları alqışlamaq lazımdır. Biletlərimiz də satılır. Əgər tamaşaya bilet satılırsa, deməli, bizə tələbat var. Kim nə istəyir yazsın. Biz ikimiz də Opera və Balet Teatrında işləyirik, oradan məvacib alırıq. Sentyabr-oktyabr aylarında səhnə gənclərin ixtiyarındadır. Bu tamaşada baş rolları onlar oynayır. Etiraza gəlincə, bu elə-belə deyil, arxasında müəyyən insanlar var. Onların sifarişi ilə yazılır".
Nəzakət Teymurova bu kampaniyanın arxasında kimlərin olduğunu bilmədiklərini əlavə edib:
"Dedi-qodu lazım deyil, gəlsin, baxsın tamaşaya, görüm ondan sonra etiraz edəcəkmi? Bu tamaşanı illərdir oynayırıq. Bizim başqalarından bir fərqimiz var? Tamaşamıza bilet tapılmır. Sənətkar üçün əsas budur. Teatrın da bütün gəncləri baş rolda oynayır. Bizə qarşı bu kampaniyanı aparan həmkarlarıma üzümü tutub deyirəm, arzu edirəm, siz də bizim kimi 65-55 yaşda "Leyli və Məcnun" oynayasınız və illərlə seviləsiniz".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Evdə tək"in aktyoru vəfat etdi
Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin
27 avqust"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir
Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə
23 iyulAzərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand
9 sentyabrBöyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)
Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə
16 sentyabr1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabrPolad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib
26 avqustLeyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyulİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabr"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
1 oktyabr