İmamoğlunun məhkəməsi 12 ildən çox çəkə bilər

İmamoğlunun məhkəməsi 12 ildən çox çəkə bilərXəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan sabiq mer Ekrem İmamoğlunun məhkəmə prosesi 2026-cı il martın 9-da başlanacaq.

"Qafqazinfo"nun "Cumhuriyet" nəşrinə istinadən məlumatına görə, məhkəmə prosesin başa çatdırılması üçün hədəf müddəti müəyyən edib.

Nəşr qeyd edir ki, bu iş üzrə proses 4600 gün, yaxud təxminən 12 il 6 ay çəkə bilər.

Bildirilir ki, iş üzrə 105 nəfər təqsirləndirilən şəxs, 400-dən çox şahid var. Məhkəmə İmamoğlunun saxlanıldığı İstanbulun Silivri rayonundakı həbsxana ərazisində keçiriləcək.

Qeyd edək ki, sabiq merin işi ilə bağlı 3900 səhifəlik iddianamə hazırlanıb. Prokurorluq tərəfindən "İmamoğlunun gəlir məqsədli cinayət təşkilatı" adlı araşdırmanın yekunu olaraq hazırlanan sənəddə sabiq İstanbul Böyükşəhər Bələdiyyə başçısı Ekrem İmamoğlu "təşkilatın qurucusu və rəhbəri" kimi göstərilib. O, "cinayət təşkilatı yaratmaq", "rüşvət almaq", "tenderlərə müdaxilə etmək", "dövlət qurumlarını aldatmaq", "cinayət yolu ilə əldə edilmiş gəlirləri yumaq" və "şəxsi məlumatların qanunsuz yayılması" kimi çoxsaylı maddələr üzrə ittiham olunur.

Bu ittihamlar əsasında prokurorluq İmamoğlu üçün 2430 ilə qədər həbs cəzası istəyib. İmamoğlu isə hakimiyyətdən məhkəmə iclasının dövlət televiziyasında canlı yayımının təşkil edilməsini tələb edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 425   Tarix: 13 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çin 2027-ci ildə BRICS-ə sədrliyi qəbul edəcək və 19-cu sammiti keçirəcək

Çin gələn il BRICS-ə sədrliyi qəbul edəcək və 19-cu sammiti keçirəcək. "Report" "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin bu gün Nyu-Delhidə (Hindistan) keçirilən 18-ci BRICS sammitində bildirib. "2027-ci ildə Çin yenidən BRICS-in rotasiya qaydasınd

12 sentyabr
.

Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd

13 sentyabr
.

Gürcüstanın keçmiş dövlət naziri həbs edildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə keçmiş dövlət naziri, vətənə xəyanətdə təqsirləndirilən Georgi Baramidze barəsində həbs qətimkan tədbiri seçib. xəbər verir ki, bu barədə "İnterpressnews" agentliyi məlumat yayıb. Hüquq-mühafiz

13 sentyabr
.

Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına münasibət bildirib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb. xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb. "Əgər Çin bura gələrə

13 sentyabr
.

Nigeriyada məşhur aktrisa 26 yaşında öldü

"Nimmi Ferrari" təxəllüsü ilə məşhurlaşan nigeriyalı aktrisa Adesanya Nimota Omotolani 26 yaşında ölüb. xəbər verir ki, bu barədə aktrisanın ailə üzvlərinə istinadən Böyük Britaniyanın "Need To Know" portalı xəbər yayıb. Məlumata əsasən, gənc sənətçi sentyabrın 6-da dünyasını dəyişib

12 sentyabr
.

ABŞ İranın blokadası başlayandan bəri 100 gəminin marşrutunu dəyişdirib

ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 100 ticarət gəmisinin marşrutunu dəyişdirib. "Report"un xəbərinə görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb. "ABŞ-nin İranın blokadasını yenidən tətbiq etməsində

13 sentyabr
.

Buzlaqların əriməsinin təhlükəsi aşkarlandı

"Buzlaqların əriməsi atmosferə böyük miqdarda metan və karbon qazının sızmasına səbəb olur ki, bu da qlobal iqlim üçün ciddi təhlükə yaradır". "Qafqazinfo" xəbər verir ki, bu barədə fizika-riyaziyyat elmləri namizədi Konstantin Qribanov xəbərdarlıq edib. Mütəxəssis bildirib ki, buzlaqla

12 sentyabr
.

Tramp Səudiyyə Ərəbistanındakı vəziyyət barədə: Hər şey mütləq qaydasına düşəcək

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanındakı hadisələrlə əlaqədar gəmiçilik vəziyyətinin tənzimlənəcəyini bəyan edib. "Report" xarici mediaya istinadən xəbər verir ki, Tramp bunu Dublində İrlandiya Prezidenti Ketrin Konnolli ilə görüşdən sonra deyib. "Hər şey mütləq yoluna düşəcək"

12 sentyabr
.

İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər

İran və Oman Hörmüz boğazında tezliklə elan olunacaq gəmiçilik marşrutu ilə bağlı yekun razılığa gəliblər. "Report"un xəbərinə görə, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, İran və Oman arasında iki ay davam edən intensiv texniki və diplomati

13 sentyabr