"Qurban Qurbanovun toyunu mən aparmışam, incimişəm ondan"
"Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm".
Axşam.az xəbər verir ki, bunu "Futbolinfo"ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib.
O bildirib ki, Q.Qurbanovun Zaqatalada toyunu da aparıb:
- Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mən çıxış etmişəm. Doğrudur, ondan küsməmişəm, sadəcə, qardaş kimi bir az incimişəm. Qurban Qurbanov bu gün nəinki Azərbaycanda, hətta dünyada da tarix yazıb. Bu uğurun arxasında haradasa mənim də xeyir-duam var.
- Bəs niyə ondan incimisiniz?
- Çünki məni xatırlamır, zəng edib hal-əhval soruşmur.
- İşləri çoxdur…
- Mənim də işim çoxdur. Adam sevdiyindən umur, mən ondan umuram, uman yerdən küsərlər. Bunu ona irad tutmuram. O, mənim kiçik qardaşımdır. Bu gün avrokuboklar da ermənipərəst hakimlər "Qarabağ"ın oyunlarında qərəzli hakimliklə yadda qalır. Onların soyadları "yan"la bitməsə də, ermənilər kimi düşmənçilik edirlər. Yadınızdadır, avrokuboklarda "Bazel"lə oyunda top yarımmetr qapı xəttini keçdi, amma hakimlər bunu görmədi. Bunu cənab prezidentimiz də vurğuladı. Amma nə faydası, düşmən elə düşməndir. Hələ biz Bakıda Marsel "Olimpik"i ilə oyunda "Qarabağ"ın vurduğu qoldan sonra Qurban Qurbanovun oyunçusunun əllə fərqlənməsini görüb qolu ləğv etdirməsindən danışmırıq. Alicənablıq budur! Qurbanov əsl xarakterdir. Mən Türkiyə mediasını izləyirəm, onlar "Qarabağ"ı tərifləyirlər. Mən Azərbaycanı Türkiyədən ayırmıram. Özüm də "Qalatasaray"lıyam. "Cim-bom"un hər oyununu izləyirəm.
- Mənə çox maraqlıdır, bir qədər əvvəl dediniz ki, Qurbandan incikliyimi Musaya bildirdim, Musa nə dedi bəs?
- Musa mənə dedi ki, "Ağadadaş, sən haqlısan!" Mən Qurbanı çox sevirəm axı. Vallah, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim…
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə
16 sentyabrEvində narkotik maddə, spirtli içki şüşələri aşkarlanıb - Fotolar
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Serhat Mustafa Kılıç vəfat edib. Axşam.az-ın məlumatına görə, 51 yaşlı aktyorun ölümü ilə bağlı aparılan ilkin istintaq araşdırmaları zamanı evindən narkotik maddə tapılıb. Mənzildə həmçinin spirtli içki şüşələri və siqaret bükmək üçün istifadə edilə
6 sentyabrMaykl Ceksonun oğlu illər sonra diqqət mərkəzinə düşdü
Pop musiqisinin əfsanəsi Maykl Ceksonun böyük oğlu Prins Cekson uzun müddətdən sonra ictimai tədbirdə görüntülənib. xəbər verir ki, 29 yaşlı Prins atasının doğum günü münasibətilə Las-Veqasda keçirilən tədbirə qatılıb. Prins Cekson məşhur "Cirque du Soleil Michael Jackson ONE" şousunu izləyib
3 sentyabrMəşhur müğənni konsertdə səhnəni tərk etdi, dava düşdü - VİDEO
Türkiyəli məşhur müğənni Kurtuluş Kuşun Malatyada verdiyi konsert gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb. xarici mediaya istinadla xəbər verir ki, müğənninin səhnə ilə tamaşaçılar arasındakı məsafənin azaldılması ilə bağlı tələbi yerinə yetirilməyib. Bundan sonra Kuş səhnəni tərk edib və konser
4 sentyabr"Artıq başqa Sevdayam, anayam"
Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq
11 sentyabrEvində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...
Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ
6 sentyabrAlim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə
20 sentyabrVəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - VİDEO
Müğənni Vəfa Şərifovaya həyat yoldaşı tərəfindən bahalı hədiyyə təqdim olunub. xəbər verir ki, sənətçiyə hədiyyə edilən lüks saatın qiymətinin 12 min avro, yəni təxminən 24 min manat olduğu bildirilir. Dəyəri ilə diqqət çəkən saat sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub
5 sentyabr