"Amnistiya təşəbbüsləri beynəlxalq müstəvidə də Azərbaycanın humanist və hüquqi dövlət imicini gücləndirir" - DEPUTAT

"Amnistiya təşəbbüsləri beynəlxalq müstəvidə də Azərbaycanın humanist və hüquqi dövlət imicini gücləndirir" - DEPUTATAzərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir.

Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

"Amnistiya təşəbbüsləri beynəlxalq müstəvidə də Azərbaycanın humanist və hüquqi dövlət imicini gücləndirir".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları dünyada təkcə güclü siyasi lider, müzəffər Ali Baş Komandan deyil, eyni zamanda humanist lider kimi də tanınır. İlham Əliyevin hakimiyyətə gəldiyi illərdən etibarən imzalanmış əfv sərəncamları, qəbul olunmuş amnistiya aktları fonunda belə qənaətə gəlmək mümkündür:

"İlham Əliyev humanist olduğu qədər də kin, düşmənçilik sevməyən, insani dəyərlərə üstünlük verən nadir şəxsiyyətlərdəndir. Bu illər ərzində dəfələrlə hakimiyyətinə qarşı çıxaraq ölkədəki ictimai-siyasi sabitliyi pozmaqla Onu devirmək istəyən siyasiləri əfv etməsi, həbsdə olan məşhur şəxslər ailədaxili itki ilə qarşılaşarkən onlara dəfndə iştirak etmək üçün şəraitin yaradılması və s. deyilənlərin əyani təsdiqidir.

Məlum olduğu kimi cari ilin sonunda Azərbaycanda növbəti amnistisiya aktı qəbul ediləcək. Belə ki, Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Yaxın tariximizdə imzalanan əfv sərəncamları və amnistisiya aktları birmənalı şəkildə bizə onu deməyə əsası verir ki, müasir Azərbaycan dövlətinin siyasətində humanizm, sosial ədalət və vətəndaş rifahı əsas prioritetlərdən biri kimi çıxış edir. Bu baxımdan Prezident İlham Əliyevin irəli sürdüyü və dəstəklədiyi amnistiya təşəbbüsləri dövlətin cəza siyasətində mərhəmət, ədalət və islah prinsipinin ön planda tutulduğunu aydın şəkildə nümayiş etdirir. Amnistiya aktları təkcə hüquqi mexanizm deyil, eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinə söykənən, insan amilini əsas götürən siyasi iradənin ifadəsidir".

Deputat vurğulayıb ki, amnistiya anlayışı hüquqi baxımdan cinayət törətmiş şəxslərin cəzadan tam və ya qismən azad edilməsi, yaxud cəzanın yüngülləşdirilməsi kimi izah olunur:

"Lakin Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları bu anlayışı daha geniş müstəvidə - humanizm, sosial barış və ictimai məsuliyyət kontekstində təqdim edir. Dövlət burada yalnız qanunun icraçısı kimi deyil, həm də vətəndaşının taleyinə biganə qalmayan sosial institut kimi çıxış edir.

Burada haşiyədən kənara çıxaraq bir faktı qeyd etmək istərdim ki, müstəqillik illərindən etibarən Azərbaycanda 12 amnistiya aktı həyata keçirilib ki, həmin aktlar da ümumilikdə 160 mindən artıq məhbusa şamil olunub. Həmin amnistiya aktlarının böyük əksəriyyəti də məhz İlham Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə il sonuna qədər qəbul ediləcək növbəti amnistiya aktından 20 minə yaxın məhbusun yararlanması nəzərdə tutulur ki, bu da kifayət qədər geniş və əhatəli addımdır.

Həm rəsmi statistika, həm də bu istiqamətdə həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin dövlətçilik, idarəçilik fəaliyyətində, bundan irəli gələrək irəli sürülən amnistiya təşəbbüslərində humanizm xüsusi yer tutur. Məlumat üçün qeyd etmək yerinə düşər ki, amnistiya aktları əsasən ilk dəfə cinayət törətmiş, az ağır və ağır olmayan cinayətlərə görə məhkum edilmiş şəxsləri, eləcə də qadınları, yetkinlik yaşına çatmayanları, ahılları, sağlamlıq imkanları məhdud şəxsləri və ailə başçısını itirmiş insanları əhatə edir. Bu yanaşma dövlətin sosial həssas qruplara diqqət və qayğısının bariz nümunəsidir.

Humanist siyasətin əsas məqsədi insanı cəmiyyətdən təcrid etmək deyil, onu islah edərək yenidən sosial həyata qaytarmaqdır. Amnistiya alan şəxslər üçün bu qərar yeni həyat mərhələsinin başlanğıcı, cəmiyyətə inteqrasiya üçün ikinci şans kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət göstərir ki, cinayət törətmiş şəxs ömürlük damğalanmamalı, düzgün istiqamət verildikdə faydalı vətəndaşa çevrilə bilər. Bu isə hüquqi və mənəvi baxımdan yüksək dəyər daşıyan yanaşmadır.

Amnistiya aktları eyni zamanda cəmiyyətin dövlətə olan inamını gücləndirir. Vətəndaşlar görür ki, dövlət yalnız sərt cəza mexanizmlərinə söykənmir, eyni zamanda mərhəmət və bağışlama dəyərlərini də önə çəkir. Bu, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın formalaşmasına, ictimai həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Eyni zamanda, amnistiya təşəbbüsləri beynəlxalq müstəvidə də Azərbaycanın humanist və hüquqi dövlət imicini gücləndirir. İnsan hüquqlarının qorunmasına yönəlmiş bu addımlar ölkənin demokratik inkişaf yolunda atdığı ardıcıl addımların göstəricisidir.

Sonda amnistiya aktları və əfv sərəncamlarının bir qayda olaraq xalqımız və dövlətimiz üçün əlamətdar günlər ərəfəsində, bayram günlərində elan edilməsi xüsusi diqqət çəkir. Bildiyimiz kimi 31 dekabr Yeni il bayramı ilə yanaşı Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Amnistiya aktının da məhz bu günlərə təsadüf etməsi Cənab İlham Əliyevin on minlərlə ailəyə sevinc bəxş etməsi, bir növ bayram hədiyyəsi təqdim etməsi deməkdir. Bu addım həm də birliyimiz və həmrəyliyimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək addımlardandır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 615   Tarix: 17 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalqın milli xilaskarı və öndəri seçilən Heydər Əliyev

İnsanlıq özünü dərk edəndən ədalətli rəhbər axtarışında olub. Ədalətli rəhbər dedikdə, şübhəsiz ki, ilk növbədə cəmiyyətin sosial vəziyyətini, yaşayış və inkişafını təmin edəcək şəxs nəzərdə tutulur. Azərbaycanın müstəqilliyin bərpası ərəfəsində və ilk illərində ciddi təhlükələr məngənəsində yaşamağ

8 iyun
.

"Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır" - DEPUTAT

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri son illərdə əldə etdiyi tarixi qələbələr, yüksək döyüş hazırlığı və müasir hərbi imkanları ilə regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayan güclü hərbi qüvvəyə çevrilmişdir. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər təsadüfi deyil

23 iyun
.

İlham Əliyev İsveç Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Əlahəzrət,. İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adında

6 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA

Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin

18 iyun
.

Elçin Əmirbəyov: "Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiya arasında əsas enerji dəhlizinə çevrilir"

"Cənubi Qafqazın cənubunda və şimalında geosiyasi qeyri-sabitlik - İran ətrafındakı vəziyyət, eləcə də Rusiya-Ukrayna müharibəsi - bir çox müşahidəçiləri və maraqlı tərəfləri tərəfdaşlıqların və enerji mənbələrinin diversifikasiyası barədə ciddi düşünməyə vadar etdi. Və təbii ki, buna görə Bakıd

6 iyun
.

"Silahlı Qüvvələr Günü tam suverenliyin təntənəsi kimi qeyd olunur" - AÇIQLAMA

"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müasir Azərbaycan dövlətçiliyinin suverenlik, hərbi qüdrət və milli qürur kontekstində ən rəmzi və strateji əhəmiyyətli tarixlərindən biridir. Siyasi-strateji nöqteyi-nəzərdən bu tarix sadəcə bir təqvim günü deyil, Azərbaycanın müstəqi

24 iyun