"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir.
Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
"Cənab Prezident tərəfindən verilən amnistiya haqqında sərəncamı alqışlayıram. Kimliyindən və düşüncəsindən asılı olmayaraq, 20 min insanın azadlığa çıxması suverenlik və Konstitusiya prinsipləri çərçivəsində ailələrə böyük sevinc gətirəcək" - bunları Sonxeber.az -a açıqlama verən insan haqları müdafiəçisi Novella Cəfəroğlu deyib:
"Mənim istəyim budur ki, jurnalistlər, bloqerlər, partiya fəalları, Nardaran işi üzrə həbs olunan dindarlar (20 ildən artıq həbsdə olanlar), müharibə veteranları və vətəndaş cəmiyyətinin bir neçə üzvü də bu amnistiya ilə azad edilsin. Çox istərdim ki, əfv fərmanına da salınsınlar ki, kənardan bizə qarşı olan hücumlardan qurtula bilək.
Mən beynəlxalq insan haqları təşkilatları məsələsinə də toxunuram. Bu gün bizim üçün ən vacib olan birliyimizdir. Hamımız bir olmalıyıq. Çünki dünyada mövcud olan gərginliklər fonunda yalnız birlikdə güclü ola bilərik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...