"Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır..." - Video
Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər.
"Qafqazinfo" xəbər verir ki, onlar bununla bağlı "Baku TV"yə danışıblar.
Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddia edib: "Həkim cərrahi əməliyyat keçirdi. Beş gündən sonra qan köçürüldü, qızımın halı dəyişdi. Dedilər ki, gözləri, ağzı açıq qalıb, eləcə uşaq əldən gedib... 5 ildir evli idi, iki azyaşlı uşağı var. Kistadan heç kim ölmür, bunu bacarmırsınızsa, göndərin Bakıya, camaatın balasını niyə qırıb öldürürsünüz?! Deyilənə görə, həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır, sabah 4-cünü öldürəcək... Xahiş edirəm, tədbir görülsün, ağır cəza verilsin".
Məleykənin həyat yoldaşı Simran Nurməmmədov isə həkimdən təzminat tələb edib: "Dünən gecə dedilər ki, qan köçürülməlidir. Səhv köçürüblər, yoxsa bilmirəm nə ediblər... Gecə 3-də zəng etdilər ki, vəziyyəti yaxşı deyil. İki uşağım var, indi mən onlara necə baxacağam?"
Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 11-i saat 15:15 radələrində vəziyyətinin pisləşməsi səbəbilə xəstəxanaya müraciət edən qadına müvafiq tibbi müayinələrdən sonra yumurtalığın kistası diaqnozu təyin olunub: "Pasiyentdə sağ yumurtalığın pazvari rezeksiya əməliyyatı icra edilib. Əməliyyat fəsadsız keçib və əməliyyatdan sonrakı dövr stabil olub. Dekabrın 16-sı saat 16:00 radələrində ani ürək dayanması baş verib və təcili reanimasiya tədbirlərinə başlanılıb. Lakin aparılan bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, dekabrın 16-sı saat 19:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb".
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 462 Tarix: 17 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DSX-nin döyüş bayraqlarının təsvirində dəyişiklik edildi
Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsvirində dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrinin döyüş bayraqlarında artıq "Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 00 saylı hərb
18 dekabr"Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır..." - Video
Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər. "Qafqazinfo" xəbər verir ki, onlar bununla bağlı "Baku TV"yə danışıblar. Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddi
17 dekabrNazir Nicat Məmmədliyə yüksək vəzifə verdi
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna direktor təyin edilib. Qaynarinfo xəbər verir ki, bu barədə nazir Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını
18 dekabrŞagirdlərin saqqızdan zəhərlənməsi iddiaları ilə bağlı - Açıqlama - Fotolar
Bakı şəhəri, Nəsimi rayonu 14 saylı tam orta məktəbdə şagirdlərin zəhərlənməsi ehtimalı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, araşdırma zaman
18 dekabrİlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldı
Qısa videoların izlənməsi və yaradılması üzrə aparıcı platforma olan TikTok 2025-ci ilin yekunlarını açıqlayaraq, Azərbaycanda seçilən kreatorların və əsas təşəbbüslərin siyahısını təqdim edib. Dünyada hər gün 1 milyarddan çox insan TikTok-a daxil olaraq ilham almaq və başqalarını ilhamlandırmaq, biliklərin
17 dekabrOrdumuzun əsgəri vəfat etdi - Foto
Azərbaycan Ordusunun əsgəri vəfat edib. "Unikal"a istinadən xəbər verir ki, 21 yaşlı Əli Vahab oğlu Cəfərovun pnevmoniyadan öldüyü bildirilir. Mərhum ötən gün Gəncədə dəfn olunub. Digər məlumata görə, o, Gəncə Dram Teatrının quruluşçu rəssamı Vahab Cəfərovun oğludur. Ə.Cəfərov Azərbaycan Dövlə
18 dekabrİçinə buz qatıb için - Zərərini xeyli azaldır
Yeni il gecəsində alkoqolun yağlı yeməklərlə birlikdə qəbulu qaraciyər və mədəaltı vəz üçün ciddi risk yaradır. xəbər verir ki, rusiyalı dietoloq Yelena Ustinova bildirib ki, alkoqolun yağlı ət yeməkləri, hisə verilmiş məhsullar və mayonezli salatlarla birlikdə yeyilməsi orqanizmə əlavə yük yaradır
17 dekabr