Ferması yanan kişinin sözləri diqqət çəkib
Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda Niyazi Cengizə məxsus boş hind quşu fermasında baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Mudurnunun Hacıhalimlər kəndində yerləşən və 7 min tutumlu olan boş hind quşu fermasında naməlum səbəbdən yanğın baş verib. Qısa müddətdə alovlanan yanğın küləyin təsiri ilə daha da güclənib.
Yanğını görən sakinlər dərhal 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Hadisə yerinə jandarma və çoxsaylı yanğınsöndürən briqadalar cəlb olunub. Alovlar nəticəsində baxıcı otağı tamamilə yanaraq külə dönüb, fermaya isə qismən ziyan dəyib. Yanğın ekipajların səyi ilə söndürülərək nəzarət altına alınıb.
Hadisə zamanı ferma sahibi Niyazi Cengizin fermaya baxan tərəfdə dayanaraq siqaret çəkməsi də diqqətdən qaçmayıb. O bildirib ki, hind quşları üç gün əvvəl fermadan çıxarılıb: "Canımız sağdır, mən də yana bilərdim. Hind quşlarını 2-3 gün əvvəl burdan çıxardıqdan sonra kəndə getmişdim. Kənddə olarkən dostlar, qonşular zəng edib xəbər verdilər. Fermada o vaxt heç kim yox idi".
Faktla bağlı yanğının başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 744 Tarix: 18 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
20 sentyabrHəkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd
19 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabr