Konsert zamanı dəhşət: gənc rok müğənnisini səhnədə elektrik cərəyanı vurdu - VİDEO
Perunun paytaxtı Limada keçirilən konsert zamanı qorxulu anlar yaşanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, rok qrupu Mi Major Amigo Scott (My Best Friend Scott) qrupunun solisti olan Karlos Suares səhnədə özünü təqdim etdiyi anda mikrofonu əlinə götürüb və bu zaman elektrik cərəyanına məruz qalıb. İzdihamla dolu barda baş verən hadisə tamaşaçılar arasında böyük panikaya səbəb olub.
Görüntülərdə elektrik cərəyanının təsiri ilə geri çəkilərək səndələyən gənc müğənninin bir neçə saniyə sonra yerə yıxıldığı və qıvrandığı görünür. Təxminən 10 saniyə ərzində cərəyanın Suaresin bədənini iflic etdiyi müşahidə olunub. Hadisə anında mikrofondan qığılcımların çıxdığı, tamaşaçıların isə panik içində "Cərəyan var!" deyə qışqırdığı kameralara əks olunub.
Səhnədə olan bir səs texniki və başqa bir musiqi qrupunun üzvü dərhal müdaxilə edərək mikrofonun fişini çıxarıb və elektrik cərəyanını kəsiblər. Mütəxəssislər bu sürətli müdaxilənin daha ağır faciənin qarşısını aldığını bildiriblər.
Elektrik cərəyanına qapılan Karlos Suares dərhal xəstəxanaya aparılıb. Həkimlər gənc müğənninin boyun nahiyəsində birinci dərəcəli yanıq xəsarətləri yarandığını açıqlayıblar.
Hadisədən sonra açıqlama verən və "Mono" (Meymun) ləqəbi ilə də tanınan Karlos Suares yaşadıqlarını "son dərəcə travmatik" kimi qiymətləndirərək, "Həyatımı itirməyə çox yaxın idim" deyib. O, daha sonra "Instagram" hesabında paylaşdığı video ilə səhhətinin yaxşı olduğunu bildirərək pərəstişkarlarını sakitləşdirib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 701 Tarix: 18 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
20 sentyabrHəkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd
19 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabr