Dünyanın ən ölümcül dəniz canlılarından birinə toxunan turist təhlükəni sonra başa düşdü - VİDEO
Filippində tətil edən britaniyalı turist dayaz sularda qarşılaşdığı və zərərsiz sandığı bir dəniz canlısına toxunaraq böyük təhlükə ilə üzləşib. Mütəxəssislər bildirirlər ki, sözügedən canlı - mavi halqalılı ahtapot - siyanürdən təxminən 1 000 dəfə daha güclü zəhərə malikdir.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, turist McConnell-in Instagram-da paylaşdığı videoda, Filippinin dayaz sularında tapdığı kiçik ahtapotu əlində tutaraq nümayiş etdirdiyi görünür. O, canlıyı "gözəl" və "zərərsiz" adlandırsa da, izləyicilər və dəniz canlıları üzrə ekspertlər qısa zamanda bunun son dərəcə zəhərli mavi halqalılı ahtapot olduğunu müəyyən ediblər.
Mavi halqalılı ahtapotların zəhəri tetrodotoksin (TTX) adlanır və bu nörotoksin insanın sinir sistemini iflic edərək nəfəs çatışmazlığı yarada bilər. Elmi məlumatlara görə, bu zəhər siyanürdən təxminən min dəfə daha güclüdür və vaxtında müdaxilə olunmazsa, saniyələr içində ölümcül təsir göstərə bilər.
Videonun sosial şəbəkələrdə sürətlə yayılması nəticəsində izləyicilər və mütəxəssislər turistin təhlükənin fərqində olmadığını qeyd ediblər. McConnell daha sonra paylaşımında bu təcrübəni "ölümlə burun-buruna gəlmək" kimi qiymətləndirib və bunun özü üçün ciddi xəbərdarlıq olduğunu vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1072 Tarix: 18 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
20 sentyabrHəkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd
19 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabr