Arvadını küçənin ortasında qətlə yetirdi, sakitcə hadisə yerindən uzaqlaşdı

Arvadını küçənin ortasında qətlə yetirdi, sakitcə hadisə yerindən uzaqlaşdıTürkiyənin Adıyaman vilayətinin Kahta rayonunda dəhşətli ailədaxili zorakılıq hadisəsi baş verib. Boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən küçənin ortasında bıçaqlanan qadın xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra şübhəli şəxsin heç nə olmamış kimi hadisə yerindən uzaqlaşması diqqət çəkib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, M.A. boşanma ərəfəsində olduğu 45 yaşlı həyat yoldaşı Emine Aluçu küçədə yaxalayaraq sinə və boğaz nahiyəsindən bıçaqlayıb. Hücum zamanı cütlüyün adları açıqlanmayan azyaşlı qız övladı da xəsarət alıb. Azyaşlı qız anasını qan içində görərək ağır psixoloji sarsıntı keçirib.

Ətrafdakı vətəndaşların məlumatı əsasında hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Ağır xəsarətlər alan Emine Aluç ilkin tibbi müdaxilədən sonra Kahta Dövlət Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə anları ətrafdakı vətəndaşlardan birinin mobil telefon kamerası ilə saniyə-saniyə lentə alınıb. Görüntülərdə M.A.-nın həyat yoldaşını övladının gözü qarşısında bıçaqladıqdan sonra soyuqqanlı şəkildə, rahat hərəkətlərlə hadisə yerindən uzaqlaşdığı əks olunub.

Məlumata görə, şübhəli şəxs hadisə yerindən qaçıb. Onun saxlanılması üçün polis əməkdaşları tərəfindən genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı istintaq davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 654   Tarix: 22 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Təcili yardım" maşınının açarı itdi, xəstə öldü

Türkiyənin Adana şəhərinin Yüreğir rayonunda infarkt keçirən Mehmet Kepirə müdaxilə zamanı təcili yardım maşınının açarı itdiyi üçün həyatını xilas etmək mümkün olmayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, evində qəfildən halı pisləşərək yerə yıxılan Mehmet Kepir üçün ailəsi "112 Təcil

17 may
.

Cansız bədəni qaz borusundan asılmış vəziyyətdə tapıldı

Türkiyənin Zonguldak vilayətinin Karadəniz Ereğli rayonunda bir nəfər yaşadığı evdə ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, həmin şəxs axşam saatlarında dostları ilə birlikdə vaxt keçirdikdən sonra evinə qayıdıb. Səhər işə getməməsi yaxınlarının diqqətini çəkib. Bunda

21 may
.

48 cinayət qeydiyyatı olan qadın çarşaflı geyimdə oğurluq edərkən yaxalandı - VİDEO

İstanbulun Güngören rayonunda yerləşən ticarət mərkəzlərindən birində oğurluq hadisəsi baş verib. türk mediasına istinadən xəbər verir ki, geyim mağazasında alış-veriş edən Özbəkistan vətəndaşı M.K.-nin içərisində 2 min 100 ABŞ dolları və 9 min lirə olan çantası çarşaf geyinərək üzünü gizlədən qadı

19 may
.

Ayrıldığı sevgilisi evə basqın etdi: Qadın eyvandan tullanaraq xilas olmağa çalışdı - VİDEO

Türkiyənin Aksaray şəhərində qadının yaşadığı evə basqın edən keçmiş sevgilisi qorxu dolu anların yaşanmasına səbəb olub. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, qadının ayrıldığı kişi onun yaşadığı mənzilə gəlib. Panikaya düşən qadın canını qurtarmaq üçün binanın 2-ci mərtəbəsində yerləşə

21 may
.

Oğluna aldığı formaya görə az qala öləcəkdi

İngiltərədə "Manchester United" azarkeşi olan şəxs, oğluna "Chelsea FC" forması alan keçmiş sevgilisinə hücum edib. xarici mediaya istinadən xəbər verir ki, 30 yaşlı Paris Şirs 10 yaşlı oğluna ad günü hədiyyəsi kimi "Chelsea" forması alıb. Bu vəziyyət qadının "Mancheste

21 may
.

14 yaşlı şagird futbol oynayarkən həyatını itirdi

Şanlıurfaın Ceylanpınar rayonunda faciəvi hadisə baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, məktəbdə dostları ilə futbol oynayan 14 yaşlı 9-cu sinif şagirdi Menderes Durmuş qəfil özünü pis hiss edərək yerə yıxılıb. Müəllimlərin dərhal müdaxilə edərək ürək masajı etməsinə baxmayaraq

15 may
.

Yaşlı kişi qəzaya düşən gəncləri şillələdi - VİDEO

Türkiyənin paytaxtı Ankara şəhərində baş verən yol-nəqliyyat hadisəsindən sonra maraqlı anlar yaşanıb. türk mediasına istinadən xəbərverir ki, qəza keçirən gənclərin yanına gələn yaşlı bir kişi onların şok vəziyyətindən çıxması üçün şillə vurmağa başlayıb. Hadisə ətrafdakılar tərəfindən təəccüblə qarşılanıb

21 may
.

Sosial şəbəkələrdə viral olan yarış: Tullanışları hər kəsi təəccübləndirdi - VİDEO

Keniyada keçirilən hündürlüyə tullanma yarışında idmançıların performansı izləyənləri heyrətə gətirib. türk mediasına istinadən xəbər verir ki, yarış zamanı iştirakçılar heç bir xüsusi avadanlıqdan istifadə etmədən təxminən 2,5 metr hündürlükdə yerləşdirilən çubuğu rahatlıqla keçiblər. İdmançıların ad

18 may
.

"Donald Tramp" adlı albinos camış fenomen oldu: Bayramda kəsiləcək - VİDEO

Banqladeşdə sarı tüklərinə görə ABŞ prezidentinə bənzədilən albinos camış sosial şəbəkələrdə gündəm olub. "Donald Tramp" adı verilən heyvanı görmək və onunla şəkil çəkdirmək üçün yüzlərlə insan fermaya axın edir. türk mediasına istinadən xəbər verir ki, ferma sahibinin sözlərinə görə, albino

21 may