Qanlı əyləncə məkanı davası - Bir şəxsin ölümü ilə bağlı 11 nəfər hakim qarşısında
Bursada əyləncə məkanında baş verən və Hakan Uyanıkın silahla vurularaq həyatını itirdiyi kütləvi dava ilə bağlı məhkəmə prosesi başlayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə üzrə 4-ü həbsdə olmaqla, ümumilikdə 11 təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Məhkəmədə ifadə verən mərhumun atası Mehmet Şakir Uyanık emosional çıxışı ilə diqqət çəkib. O bildirib:
"Hadisə baş verən səhər xəstəxanaya getdim. Oğlumu cəsəd torbasına qoyarkən gördüm. Mən həmin gün oğluma maşın alacaqdım."
Atanın bu sözləri iclasa damğa vurub.
İstintaq materiallarına əsasən, qanlı dava "Çöldən qadın gətirmək qadağandır" ifadəsi ilə başlayan mübahisə nəticəsində baş verib.
Hadisə 10 may tarixində, səhər saat 05:00 radələrində Bursanın Nilüfer rayonunun Esentepe məhəlləsində yerləşən əyləncə məkanında qeydə alınıb. Məlumata görə, əylənmək üçün məkana gələn S.Y. (28), S.Ö. (26), E.T. (24) ilə işçilər arasında yaranan mübahisə qısa müddətdə davaya çevrilib. Döyülərək çölə çıxarılan şəxslərdən E.T. öz imkanları ilə xəstəxanaya gedib və telefonla S.Y.-nin qardaşı Melih Sefa Y.-ni (25) məlumatlandırıb.
Bundan sonra Melih Sefa Y. və dostları hadisə yerinə gəlib. Burada Melih Sefa Y., Hakan Uyanık, təhlükəsizlik əməkdaşı Berkant Alkan (20) və Emre Erdem (28) arasında yeni dava baş verib. Qarşıdurma zamanı Hakan Uyanık qarın nahiyəsindən, Melih Sefa Y. isə sağ ayağından və sol qolundan silahla yaralanıb. Ətrafdakıların köməyi ilə özəl xəstəxanaya aparılan Uyanık həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı 11 nəfər saxlanılıb, davadan əvvəl üç dostun məkandan çıxarıldığı anlar isə yaxınlıqdakı binanın təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Məhkəmə prosesi davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 634 Tarix: 22 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrŞəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib
11 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrKüçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO
Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla
11 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrİtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabr