"Kənd toyuqları"nı bu vannalarda "istehsal edirmişlər" - Fotolar
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus həyətyanı sahədə qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb.
Agentlikdən Sonxeber.az-a verilən məlumata görə, yoxlama zamanı baytarlıq-müşayiətedici sənədləri olmayan 2000 baş ev quşunun baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub.
Müəssisə daxilində havalandırma sistemlərinin quraşdırılmaması nəticəsində kondensasiya prosesi zamanı yaranmış suların, o cümlədən yağış sularının tavandan birbaşa qida məhsullarının üzərinə töküldüyü, kəsim prosesində sanitar-gigiyenik tələblərə riayət edilmədiyi, tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsinin eyni sahədə həyata keçirildiyi, kəsilmiş toyuqların birbaşa döşəmə üzərinə yığıldığı müəyyən edilib. Eyni zamanda "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə mənşəyi məlum olmayan rənglərdən istifadə edilərək toyuqların rənglənməsi halları da aşkarlanıb. Sahibkar ev quşlarının bazarlarda satışa çıxarıldığını bildirib.
Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir.









Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıdan bu rayona gəmi ilə gedə biləcəyik - 2026-da...
Yeni İllə bağlı 5, yoxsa 7 gün iş olmayacaq? - RƏSMİ CAVAB
Niyə qızartmadan əvvəl tavanı sirkə ilə silirlər? - köhnə mətbəx sirri
600 kilometr yol qət edərək komandasını təkbaşına dəstəklədi
Xanımı ilə birgə dəm qazından ölən Altay hərbçi imiş (FOTO)
Prezident bu ailələrə 200 manat birdəfəlik maddi yardım ayırdı
13 yaşlı qız evli qohumundan hamilə qaldı - Ailəsi şikayətçi olmadı...
Qış üçün ən yaxşı qadın ətirləri
Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş - Foto
Dəniz Əsədova azadlığa buraxıldı
"Yola çıxanda gördüm ki, canavar qadını tutub..." - Video
Vacib XƏBƏRDARLIQ - Qarşıdakı 3 gün...
Bacı-qardaşın ölümünün detalları - "Qoxudan içəri girmək olmurdu" +Video
Müəllimlərə verilən bayram sovqatı müzakirə yaratdı - Açıqlama - Video