Prezident İlham Əliyevin fəaliyyəti sübut etdi ki, güclü lider - güclü dövlət - qalib xalq deməkdir

Prezident İlham Əliyevin fəaliyyəti sübut etdi ki, güclü lider - güclü dövlət - qalib xalq deməkdirMüasir Azərbaycan Respublikasının inkişaf yolu milli dövlətçilik tariximizin ən mürəkkəb, eyni zamanda ən şərəfli mərhələlərindən biridir. XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan ağır geosiyasi reallıqlar, iqtisadi çətinliklər, hərbi təhdidlər və daxili sabitlik problemləri ilə üz-üzə qalmışdı. Belə bir tarixi şəraitdə dövlətin taleyi güclü siyasi iradəyə, strateji düşüncəyə və xalqla bir olan liderliyə bağlı idi.

Bu liderlik modeli Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırıldı və Prezident İlham Əliyev tərəfindən XXI əsrin çağırışlarına uyğun şəkildə inkişaf etdirildi. Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin keyfiyyətcə yeni mərhələsini müəyyən edən əsas amildir. Onun rəhbərliyi ilə Azərbaycan təkcə regionun deyil, bütövlükdə beynəlxalq sistemin nüfuzlu və söz sahibi olan aktoruna çevrilmişdir. 2003-cü il 15 oktyabr tarixində keçirilmiş prezident seçkiləri Azərbaycan üçün sadəcə siyasi hakimiyyətin ötürülməsi deyil, dövlətçilik kursunun davamlılığının təmin edilməsi idi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciəti tarixi sənəd kimi qiymətləndirilir. Bu müraciətdə İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini dərindən bilən lider kimi təqdim edilirdi. Tarix sübut etdi ki, bu etimad tam doğruldu. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən sabitliyi qorumağı, dövlət institutlarını möhkəmləndirməyi və iqtisadi müstəqilliyi təmin etməyi əsas prioritet kimi müəyyən etdi. Məhz bu yanaşma Azərbaycanın gələcək böyük Zəfərlərinin ideoloji və institusional təməlini formalaşdırdı. Prezident İlham Əliyevin liderlik modelini səciyyələndirən əsas xüsusiyyətlərdən biri onun mükəmməl təhsili və peşəkar idarəetmə təcrübəsidir. Beynəlxalq münasibətlər, iqtisadiyyat və müasir idarəetmə prinsiplərinə dərindən bələd olan dövlət başçısı qlobal prosesləri düzgün analiz etməyi və milli maraqlara uyğun qərarlar qəbul etməyi bacarır. Bu keyfiyyətlər Prezident İlham Əliyevi klassik siyasi liderlik çərçivəsindən çıxararaq strateq-dövlət xadimi səviyyəsinə yüksəltmişdir.

2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkiləri Azərbaycan tarixində tam suverenliyin siyasi təsdiqi kimi dəyərləndirilir. İlk dəfə olaraq müstəqil Azərbaycanın seçkiləri ölkənin bütün ərazilərində, o cümlədən Xankəndidə keçirildi. Prezident İlham Əliyevin Xankəndidə səs verməsi dərin siyasi və tarixi məna daşıyırdı: "Orada verdiyim səs, sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi." Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpasının və separatizmin tam məğlubiyyətinin rəmzinə çevrildi. Seçkilərdə 92,12 faiz səs qazanılması xalq-lider birliyinin ən bariz ifadəsi oldu. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin liderliyinin zirvəsi oldu. Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqın birliyi və ordunun peşəkarlığı nəticəsində Azərbaycan tarixi Qələbəyə imza atdı. 300-dən çox şəhər və kənd işğaldan azad edildi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi yenidən dirçəldi. Noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu Qələbə yalnız hərbi deyil, siyasi və mənəvi Zəfər idi. Prezident İlham Əliyev müharibə dövründə 30-dan çox beynəlxalq media qurumuna müsahibə verərək informasiya müharibəsində də qalib gəldi. Bu müsahibələr XXI əsr üçün yeni siyasi nitq modeli kimi tarixə düşdü. Qətiyyət, faktlara əsaslanan arqumentlər və beynəlxalq hüquqa söykənən mövqe dünya ictimai rəyini dəyişdi. Prezident İlham Əliyevin xarici siyasəti milli maraqlara əsaslanan praqmatik xətt üzərində qurulub. Azərbaycan həm İslam dünyası, həm Avropa, həm də Qlobal Cənubla balanslı münasibətlər quraraq regional sabitliyin əsas dayaqlarından birinə çevrilib. 2025-ci ildə ABŞ-da keçirilən Azərbaycan-ABŞ-Ermənistan Sammiti və imzalanmış Birgə Bəyannamə Azərbaycanın sülh gündəliyinin beynəlxalq təsdiqi oldu. Prezident İlham Əliyevin siyasətində insan amili mərkəzi yer tutur. Sosial islahatlar, regionların inkişafı, Böyük Qayıdış proqramı və azad edilmiş ərazilərin yenidən qurulması Azərbaycanın gələcəyə yönəlik strateji baxışını əks etdirir. Gənclərin vətənpərvər ruhda yetişdirilməsi, təhsil və innovasiyaya əsaslanan inkişaf Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışının əsas elementlərindəndir.

Prezident İlham Əliyevin fəaliyyəti sübut etdi ki, güclü lider - güclü dövlət - qalib xalq deməkdir. Bu gün Azərbaycan qalib, suveren, güclü və gələcəyə inamla baxan dövlətdir. Bu tarixi reallığın memarı isə Prezident İlham Əliyevdir.

Şahin Seyidzadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 593   Tarix: 23 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI

İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın

19 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin özünü buraxması: Qarabağda siyasi-hüquqi mərhələnin sonu

2023-cü il sentyabrın 19-20-də Qarabağda baş verən lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin və Cənubi Qafqazın siyasi reallığının ən mühüm dönüş nöqtələrindən biri oldu. Hadisələrin əhəmiyyəti yalnız 23 saatdan az davam edən hərbi əməliyyatın nəticələri ilə məhdudlaşmırdı. Bu prose

19 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda

Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll

19 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr